500 min manatlıq dələduzluq iddiası: Hakim vəsatəti təmin etməyib
Açıq mənbələrdən götürülüb
Məhkəmə
Fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil Elçin Qəmbərovun məhkəməsinə hazırlıq iclası keçirilib. Elçin Qəmbərov keçmiş keçmiş MTN-nin istintaq idarəsinin rəisi, hazırda həbsdə olan general-mayor Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevə qarşı 500 min manat alaraq dələduzluq etməkdə ittiham olunur. İddiaya görə, vəkil pulu Mövlam Şıxəliyevin istintaq dövründə azadlıqda qalması üçün alıb və qaytarmayıb.
Bu iş hakim Səbinə Məmmədzadənin icraatındadır. Zərərçəkmiş hazırlıq iclasına gəlməyib. Elçin Qəmbərovun vəkili Leyla Namazzadə məhkəməyə zərərçəkmiş tərəfin məktubunu təqdim edib: “Zərərçəkmiş yazıb ki, pulu tam şəkildə özünə qaytarılıb, aralarında barışıq olub və Elçin Qəmbərovdan heç bir şikayəti yoxdur”.
Sonra vəkil iki vəsatət qaldırıb. Vəsatətlərdən biri məhkəmə iclaslarının qapalı keçirilməsi ilə bağlı olub: “Elçin Qəmbərova verilən ittiham onun peşə fəaliyyətiylə bağlı olduğuna görə məhkəmə iclaslarının qanunvericiliyə uyğun olaraq qapalı keçirilməsini xahiş edirik”, - vəkil çıxışında deyib. Daha bir vəsatətsə Elçin Qəmbərovun ev dustaqlığına buraxılmasıyla bağlı olub.
https://toplum.tv/mehkeme/pmehkemede-keccedilmis-mtn-polkovniki-ldquobu-uumlzdeniraqlarrdquop
Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını xahiş edib.
Hakim bildirib ki, Elçin Qəmbərovun istintaq dövründə və hazırda saxlandığı Dövlət Təhlükəsizlik Xidmətindən məhkəməyə məktub daxil olub. Məktubda bildirilib ki, DTX-nın İstintaq Təcridxanasında saxlanılan dustağı məhkəməyə aparıb-gətirməkdə problemlər olur və xahiş olunub ki, dustaq Bakı İstintaq Təcridxanasına köçürülsün.
Hakimlər müşavirədən qayıdandan sonra məhkəmənin qərarı elan edilib. Məlum olub ki, vəkilin ev dustaqlığı və məhkəmə iclaslarının qapalı keçirilməsiylə bağlı vəsatətləri təmin olunmayıb. Məhkəmə Elçin Qəmbərovun DTX-dan Penitensiar Xidmətin tabeliyindəki Bakı İstintaq Təcridxanasına köçürülməsiylə bağlı da qərar qəbul edib. Hakim baxış iclasını martın 7-nə təyin edib.
Mövlam Şıxəliyev və müavinləri bir müddət əvvəl Bakı Hərbi Məhkəməsinin hökmüylə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarıb. Həmçinin keçmiş idarə rəisinə və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb. Mövlam Şıxəliyev məhkəmə hökmündən apellyasiya şikayəti verib və hazırda Bakı Apellyasiya Məhkəməsi bu şikayətə baxır.
İddiaya görə, Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyev 500 min manatı verib, bir müddət gözləyib, atası azadlığa buraxılmayanda vəkilə verdiyi pulu geri tələb edib. Pulu geri ala bilməyəndə isə vəkillə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) şikayət edib.
Elçin Qəmbərov ötən ilin iyununda DTX tərəfindən həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham verilib.
Bu iş üzrə zərərçəkmiş qismində Elgün Şıxəliyev tanınıb.
Elçin Qəmbərov həbs olunanadək 15 saylı Vəkil Bürosunun vəkili, “Mərkəz” Vəkil Bürosunun rəhbəri olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir
Açıq mənbələrdən götürülüb