Avropa İttifaqının Bakı ofisinin keçmiş işçisi məhkəmə qarşısındadır
Açıq mənbələrdən götürülüb
Avropa İttifaqı
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin 983 min 254 manatını mənimsəməkdə ittiham olunan Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə başlayıb.
Toplum TV xəbər verir ki, məhkəmə iclasına hakim Əhməd Quliyev sədrlik edir.
Zərifə Abbasova 2018-ci ilin martından 2023-cü ilin yanvarınadək Nümayəndəlikdə mühasib işləyib. İbtidai istintaqın qənaətinə görə, o, mühasib işlədiyi dövrdə Nümayəndəliyə köçürülən pulları mənimsəyib. Buna görə hətta Nümayəndəliyin rəhbəri Peter Mixalkonun imzasını saxtalaşdırıb, möhüründən istifadə edib. Saxta hazırlanan sənədlərsə əsasən ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatlardan ibarət olub. İttihama görə, Zərifə Abbasova saxta ödəniş tapşırıqları əsasında Nümayəndəliyin Beynəlxalq Bankdakı hesabından pul vəsaitlərini nağdlaşdırıb, müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 983 min 254 manatı öz əməkhaqqı kartına köçürüb. Sonra da həmin pulları Beynəlxalq Bankın Bakıdakı müxtəlif bankomatlarından çıxarıb.
Bu, istintaq orqanının Zərifə Abbasovaya qarşı irəli sürdüyü ittihamdır. Zərifə Abbasova isə məhkəməyə hazırlıq iclasında bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, hakimlərin nəzərinə çatdırıb ki, Nümayəndəliyə məxsus cəmi 50 min manat vəsaiti mənimsəyib. O, həm də bildirib ki, səhhəti ilə bağlı hələlik ifadə verə bilməyəcək.
Zərifə Abbasova ilk vaxtlar həbsdə olub, səhhətindəki problemlərə görə barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığıyla əvəz edilib. Vəkil müvəkkilinin müalicəsi ilə əlaqədar məhkəmə iclaslarının ertələnməsini xahiş edib. Hakimsə növbəti məhkəmə iclasını iyunun 1-nə təyin edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür