Məhkəmə

Avropa Məhkəməsi Azərbaycan hökumətini cərimələyib

9 Fevral, 2024
288

Açıq mənbələrdən götürülüb

Avropa Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha 23 ərizə üzrə 6 qərar və qərardadını elan edib. 

Toplum TV xəbər verir ki, “Fuad Əhmədli və başqaları Azərbaycana qarşı” – məhkəmə işi ictimai toplantıların iştirakçıları kimi ərizəçilərə qarşı tətbiq edilən tədbirlərin qeyri-proporsionallığı, toplantıların dağıdılmasının, iştirtakçıların inzibati xətalara görə məhkum edilməsinin qanunsuzluğu iddiaları ilə bağlı olub. AİHM bu işdə Konvensiyanın 6.1, 6.3-cü və 11-ci maddələrinin pozulmasına qərar verib.

https://toplum.tv/mehkeme/pldquoroumlvsen-lenkeranskirdquoye-goumlre-qetl-toumlredene-houmlkm-oxunubp

“Nəriman İsmayılov və başqaları Azərbaycana qarşı”, “Yalçın Abdullayev və başqaları Azərbaycana qarşı”, “Elman Quliyev Azərbaycana qarşı” və “Xalid Bağırov və başqaları Azərbaycana qarşı” məhkəmə işlərində də oxşar məsələlərlə bağlı müvafiq qərar çıxarılıb. 

“Səlimə Cəlilova Azərbaycana qarşı” – məhkəmə işində isə jurnalist olan ərizəçinin ölkədən çıxışlarına qadağa qoyulması ilə bağlı olub. Ərizəçi AİHM qarşısında hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə baş verdiyini iddia edib. Məhkəmənin qərardadına görə, hökumət jurnalistə 5 min avro ödəməlidir.

Avropa Məhkəməsinin qərarlarına əsasən, Azərbaycan hökuməti hüquqşünasa, jurnalistə, siyasi fəallara ümumilikdə 60 min avro təzminat ödəməlidir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo