Məhkəmə

Avropa Məhkəməsi Azərbaycanla bağlı qərar verdi

2 Fevral, 2023
412

Rəsmi səhifə

Avropa Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, fevralın 2-də Azərbaycandan göndərilmiş 3 ərizə üzrə yekun qərarlarını elan edib. 

Toplum TV xəbər verir ki, bu barədə aihmaz.org saytı məlumat yayıb. 

Bildirilib ki, həmin ərizələrdə ifadə azadlığı, ədalətli məhkəmə araşdırması, mülkiyyət və digər hüquqların pozuntuları mübahisələndirilirdi.

Sərdar Əlibəyli Azərbaycana qarşı -  məhkəmə işi jurnalist olan ərizəçinin böhtan məzmunlu hesab edilən məqalələrinə görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı idi. İşin faktlarına görə, ərizəçi Milli Təhlükəsizlik Nazirliyinin iddiası üzrə Nizami rayon məhkəməsinin 22 iyul 2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir) ilə təqsirli bilinib, üç ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdu. Yuxarı məhkəmələr həmin hökmü dəyişdirməmişdilər.

https://toplum.tv/siyaset/pavropa-mehkemesi-evez-zeynalov-ve-qenimet-zayidov-lehine-qerar-ccedilixardip

AİHM bu işdə hesab edib ki, ərizəçiyə yazılarına görə, cinayət cəzasının verilməsi onun ifadə azadlığı hüququna müdaxilə təşkil edib. Məhkəmənin qərarına əsasən, hökumət ərizəçiyə mənəvi zərərə görə 2500, xərc və məsrəflərə görə 1500 avro təzminat ödəməlidir.

Ərizəçini məhkəmədə vəkillər Rəşid Hacılı və Elçin Sadıqov təmsil edib.

Akşin Qarayev Azərbaycana qarşı - bu məhkəmə işində ərizəçi “Maksima” adlı şirkətin sahibi Akşin Qara oğlu Qarayev Bakı şəhərində yaşayıb. Məhkəmə işi “Maksima” şirkətinə məxsus əmlakın, xüsusilə də mənimsəmə ittihamı üzrə açılmış cinayət işində sübut kimi tanınan 28 qaz turbininin 1997-ci ildən bəri rəsmi qurumların qərarları ilə götürülməsi-saxlanılması ilə bağlı idi. 1 saylı Protokolun 1-ci maddəsinə (mülkiyyət hüququ) və Konvensiyanın 13-cü maddəsinə (effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq) əsaslanan ərizəçi, ona məxsus mülkiyyətin davamlı və uzun müddət saxlanılmasından və bununla bağlı əlində hüquqi müdafiə vasitəsinin olmamasından şikayət etmişdi.

AİHM bu işdə ərizəçiyə münasibətdə mülkiyyət hüququnun pozulduğuna qərar verib. Qərara əsasən, dövlət ləngimədən mübahisə edilən 28 qaz turbininin saz vəziyyətdə ərizəçiyə geri qaytarılmasını təmin etməlidir. Bundan başqa ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 4 min avro təzminat ödənilməlidir.

X. Ağaliyev Azərbaycana qarşı - məhkəmə işində ərizəçi məlumat və ifadə azadlığı ilə bağlı müxtəlif layihələri həyata keçirən QHT olan Media Hüququ İnstitutunun hüquqşünası olub. Ərizəçi 2010-cu ildə dövlət büdcəsindən maliyyələşən, səhmləri dövlətə məxsus olan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) informasiya sorğusu göndərib, aşağıdakı publik bilgilərin ona təqdim edilməsini xahiş etmişdi:

(a) 2009-cu ildə dövlət büdcəsindən AzTV-yə ayrılan vəsaitin məbləği;
(b) AzTV-nin 2009-cu il büdcəsindən işçilərinin maaşları üçün ayrılmış məbləğ;
(c) AzTV-nin müxtəlif rəhbər işçilərinin aylıq əmək haqqının həcmi;
(d) AzTV-nin 2009-cu il büdcəsindən onun nəqliyyat vasitələrinin alınması və təmiri və onların yanacaqla təmin edilməsi üçün ayrılmış vəsait;
(e) AzTV-nin 2009-cu il büdcəsindən AzTV-nin əsas binasının və ona məxsus digər binaların təmiri üçün ayrılmış məbləğ;
(f) AzTV-nin 2009-cu il büdcəsindən onun internet saytının saxlanması üçün ayrılmış məbləğ.

Sorğuya cavab almayan ərizəçi Səbail Rayon Məhkəməsinə şikayət verib, xahiş edib ki, axtardığı informasiyaların ona təqdim edilməsini nəzərdə tutan qərar qəbul etsin. Məhkəmələr onun iddiasını təmin etməyib.

AİHM bu ərizəni qəbuledilməz hesab edib. Ərizəçini məhkəmədə vəkil Rəşid Hacılı təmsil edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo