Məhkəmə

Avropa Məhkəməsi hökuməti cərimələdi: 4 müxalifətçiyə təzminat ödəməlidir

22 Fevral, 2024
265

Açıq mənbələrdən götürülüb

Avropa Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevral ayının 22-də Azərbaycandan göndərilmiş 4 ərizə ilə bağlı qərarını elan edib.

Toplum TV "aihmaz.org" saytına istinadən xəbər verir ki, Rasim İsaqov və başqa 3 ərizəçi Azərbaycana qarşı işində ərizəçilər – Rasim İsaqov, Əli Abdullayev, Mübariz Abdulkərimov, Rauf Abdurəhmanlı azadlıq və toxunulmazlıq, ifadə azadlığı hüquqlarına müdaxilələrin qanunsuzluğundan, habelə, ədalətli məhkəmə araşdırmasının aparılmamasından şikayət etmişdilər. Ərizəçilərdən Ə.Abdullayev, M.Abdulkərimov və Rauf Abdurəhmanlı həmçinin, Konvensiyanın 18-ci maddəsinin pozuntusunu mübahisələndirmişdilər.

https://toplum.tv/mehkeme/pldquoisccedili-masasirdquonin-hebsde-olan-rehberi-hakime-etiraz-edibnbspp

Ərizəçilərdən R.İsaqovun işi vərəqələr yayması səbəbindən onun saxlanılması və inzibati qaydada məhkum edilməsi ilə bağlı idi. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan ərizəçi 22 dekabr 2014-cü il tarixdə saxlanılmış və İnzibati Xətalar Məcəlləsinin 39.1-ci (seçkiqabağı və ya referendum üzrə təşviqatın aparılması qaydalarını pozma), 296-cı (xırda xuliqanlıq) və 310-cu (polisin qanuni göstərişə tabe olmama) maddələrinə əsasən, beş sutkalıq inzibati həbs cəzasına məhkum edilmişdi. 

Rəsmi bilgilərdə göstərilirdi ki, ərizəçi bələdiyyə seçkilərinə bir gün qalmış “Hara gedirik?” yazılmış vərəqələr paylayırmış, o, polis əməkdaşlarının vərəqələrin paylanmasını dayandırması tələbinə tabe olmayıb, xüsusi olaraq, kimlərəsə xitab etmədən, ucadan ünvansız söyüş söyməyə başlayıb. Ərizəçi daxili məhkəmələr qarşısında iddia etmişdi ki, onun payladığı vərəqlərdə seçkiqabağı təşviqatla bağlı heç bir məzmun olmayıb, söyüş söyməyib, polisə tabe olmamaq istiqamətində hər hansı hərəkət etməyib. Ancaq yerli məhkəmələr onun arqumentlərini nəzərə almamışdılar.

Ərizələrin kommunikasiyası zamanı hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib. Hökumət ərizəçilərin Konvensiyanın 5, 6 və 10-cu maddələri üzrə qaldırdıqları pozuntuları etiraf edib, bu pozuntuları təzminat ödəməklə kompensasiya etməyi təklif edib. Məhkəmə hökumətin bəyannaməsini qəbul edib.

AİHM-in qərardadına görə, hökumət 3 ay ərzində ərizəçilərdən R.İsaqova 5800 avro, digər ərizəçilərin hər birinə 6000 avro təzminat ödəməlidir. Bundan əlavə ərizəçilərin hüquqi təmsilçisinə ümumilikdə 2 min avro ödənilməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Tofiq Yaqublunun həbs müddəti uzadılıb 

6 Aprel 2024
Aprelin 6-da Nərimanov rayon Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü olan Tofiq Yaqublunun həbsdə saxlama müddətinin uzadılmasına dair prokurorun təqdimatına baxılıb və təmin edilib. Həbs müddəti daha iki ay müddətinə uzadılıb.  Tofiq Yaqublu ötən ilin dekabrında həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir. Həmin vaxt məhkəmə Tofiq Yaqublu barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçmişdi. Həbs müddəti başa çatdığına görə prokuror müddətin daha iki ay müddətinə uzadılması üçün məhkəməyə təqdimat göndərib və qeyd olunduğu ki, müddət...
Məhkəmə

Bəxtiyar Hacıyev məhkəmədə: “İlham Əliyev çağırdı, gəldim, çox peşmanam” 

6 Aprel 2024
“Praqaya köçmüşdüm, işimi qurmağa çalışırdım. Məqsədim də həmişəlik orada qalmaq idi. İlham Əliyev məmurlarla xəbər göndərdi ki, qayıtsın, gəlsin. Mən də yığışıb qayıtdım. Kaş ki, qayıtmayaydım, çox peşmanam”.  Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində üç aydan çoxdur ki, mühakiməsi davam edən ictimai fəal Bəxtiyar Hacıyev deyib. O, vurğulayıb ki, 2013-cü ildə getdiyi Praqadan 2015-ci ildə İlham Əliyevim çağırışıyla qayıdıb və az sonra şirkətlərini yaradıb. Ancaq elə ilk vaxtlardan sıxışdırılıb.  Bəxtiyar Hacıyev il yarıma yaxındır ki, həbsdədir. O, 2022-ci ilin dekabrında Ülviyyə Alovluya qarşı xuliqanlıq, icra məmuru Orxan Abdullayevə xəsarət yetirmə, məhkəməyə hörmətsizlik ittihamları ilə həbs olunub. Sonradan yeni hallar kimi QHT...

Seçilmiş Videolar

Toplum TV loqo