Məhkəmə

Aytac Əliyevaya 9 il həbs cəzası istənilir

Esmira Cavadova
14 Noyabr, 2023
202

Açıq mənbələrdən götürülüb

Aytac Əliyeva

Noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyevanın və bacısı İlknur Əliyevanın (Turkut) məhkəməsi davam edib. 

Toplum TV xəbər verir ki, bacılar dələduzluqda ittiham olunurlar, onların məhkəməsi artıq ilyarım idi ki, davam edirdi. 

Məhkəmə iclasında hakim sözü çıxış üçün dövlət ittihamçısına verib. Prokuror çıxışında qeyd edib ki, bacılara qarşı irəli sürülmüş ittihamlar məhkəmədə təsdiqini tapıb. O, məhkəmədən Aytac Əliyevaya 9, İlknur Əliyevaya 8 illik həbs cəzası istəyib. 

https://toplum.tv/mehkeme/aytac-eliyeva-isi-mene-dedi-ki-dubaydan-aldigim-qizil-saatlar-polad-cixib

Vəkillər çıxışa hazırlaşmaq üçün 10 gün vaxt istəyiblər. 

Aytac Əliyevayla bərabər bacısı İlknur Əliyeva da mühakimə olunur. Keçmiş bələdiyyə sədri həbsdə, bacısı öhdəsindəki azyaşlı uşağa görə ev dustaqlığındadır. Bacılara qarşı irəli sürülmüş ittihama görə, onlar qızıl alqı-satqısı adı ilə adamların pulları ələ keçiriblər. Dəymiş maddi zərərin ümumi məbləğinin 1 milyon manat civarında olduğu bildirilir. Bacılar 2021-ci ildə həbs ediliblər. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknur Əliyeva isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. Cinayət işi üzrə ümumilikdə 11 zərərçəkmiş var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Vəkil Elçin Sadıqov Əvəz Zeynallının məhkəməsində ifadə verməkdən imtina edib

Esmira Cavadova
8 Dekabr 2023

Sosial Media

Dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və “Səda TV” youtube kanalının rəhbəri Elnur Şükürovun məhkəməsi davam edib. Məhkəmə iclasına hakim Əli Məmmədov sədrlik edir.  Məhkəmə iclası başlayan kimi vəkil Aqil Layıc iki hissəli vəsatət təqdim edib.  Birinci hissədə vəkil Elçin Sadıqovun bu iş üzrə statusu təqsirləndirilən şəxs olduğu üçün ifadə verməsin. İkinci hissədə vəkil məhkəmədən ümumiyyətlə, Elçin Sadıqovun ifadəsinin sübutlar siyahından çıxarılmasını xahiş edib. Əvəz Zeynallının sigər vəkili Rəşad Əliyev də vəsatəti dəstəkləyib. Bildirib ki, təqsirləndirilən şəxsin eyni iş üzrə şahid qismində dindirilməsi prosessual baxımdan mümkün deyil: “Əvəz Zeynallı ilə Elçin...
Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr 2023

AzərTac

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub. Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. ​​​​​*** 15:53 Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir.  Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. ...

Seçilmiş Videolar

Toplum TV loqo