Azyaşlını oğurlayıb pul tələb edənlər məhkəməyə çıxarılır
Açıq mənbələrdən götürülüb
Məhkəmə
Sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Hər iki şəxs hədə-qorxu ilə tələb etmədə ittiham olunurlar.
Bildirilir ki, müttəhimlər Bakıda 11 yaşlı Rauf Abramovu oğurlayartaq kafe sahibi olan atası Rac Abramovdan 200 min manat tələb ediblər. Olay bu il martın 25-də saat 22 radələrində Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində baş verib.
https://toplum.tv/mehkeme/phebsdeki-keccedilmis-deputat-ikinci-defe-muumlhakime-olunurnbspp
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilirdi ki, tutulanlar kafe sahibinin başına dəmir parçası ilə xəsarət yetirib, azyaşlı oğlunu zirzəmiyə aparıb stula bağlayıblar. Atasını bıçaqla hədələyib 200 min manat verilməsinin tələb ediblər. Sonda 20 min manat müqabilində razılaşmaları barədə polisə məlumat daxil olub.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət dosyesi hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
AzərTac
Söyüdlü sakininin məhkəməsi: “Plakatları hazırladığım üçün narkotiklə şərlədilər”
Açıq mənbələrdən götürülüb
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?