Açıq mənbələrdən götürülüb
Məhkəmə
Noyabrın 15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar Sahil Qənbərli, Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov və Üçtəpə kənd bələdiyyəsinin sədri Əmralı Quliyevin (məhkəməsinə hazırlıq iclası keçirilib.
Toplum TV xəbər verir ki, iş hakim Nahid Hüseynovun icraatındadır.
Bu iş üzrə ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi aparıb.
https://toplum.tv/mehkeme/pruumlsvetxorluqda-teqsirlendirilen-memur-mehkemeye-ccedilixarilirnbspp
Bu il iyulun 31-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Elə həmin gün rayonun baş memarı və adları qeyd olunan iki bələdiyyə sədri həbs olunub. Əmralı Quliyev barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib və o, polis nəzarətinə verilib.
Həmin vaxt Baş Prokurorluq məlumat yaymışdı ki, rayonun baş memarı iki bələdiyyə sədriylə cinayət əlaqəsinə girərək Cəlilabad şəhəri ərazisində torpaq sahələrinin ayrılması və sahibkarlıq obyektlərinin tikintisinə icazə verilməsi üçün vətəndaşlardan rüşvət alıb.
Sahil Qənbərli və Mehdi Kərimov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), Əmrah Quliyevsə 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə təqsirləndirilir.
Əmrah Quliyevə verilən daha bir ittiham Üçtəpə kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair sənədin verilməsi vədi ilə vətəndaşların 3 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməklə bağlıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Vəkil Elçin Sadıqov Əvəz Zeynallının məhkəməsində ifadə verməkdən imtina edib
Sosial Media
AzərTac
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?