Məhkəmə

Casusluqda ittiham olunan İran vətəndaşının məhkəməsi başlayıb 

Esmira Cavadova
27 Sentyabr, 2023
246

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Sentyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan İran İslam Respublikasının vətəndaşı Astan Babək Süleymanın məhkəməsinə hazırlıq iclası keçirilib. 

Toplum Tv xəbər verir ki, bu iş üzrə məhkəmə iclasına hakim Şəlalə Həsənova sədrlik edir. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Astan Babək Süleyman bildirib ki, Təbriz şəhərindəndir, 48 yaşı var, ali təhsillidir, himayəsində dörd uşaq var. 

https://toplum.tv/mehkeme/pnarkotike-goumlre-tutulan-inancli-ldquomedeniyyet-evlerinde-narkotike-qarsi-ccedilixislar-edirdikrdquonbspp

“Mən həkiməm, ikinci təhsilimsə hüquqşünaslıqdır. Təbrizdə vətəndaşlara mülkiyyət məsələlərinə görə vəkillik etmişəm”, - o, məhkəməyə deyib. 

Təqsirləndirilən şəxs hakimə səhhətində problemlər olduğunu vurğulayıb. Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasından Ədliyyə Nazirliyinin tabeliyindəki istintaq təcridxanalarından birinə köçürülməsini xahiş edib. 

“5 aydır ki, ailəmdən xəbərim yoxdur”, - deyən Astan Babək Süleyman ailəsiylə əlaqə yaradılmasını da xahiş edib. 

Hakim təqsirləndirilən şəxsə məhkəmədəki hüquqlarını izah edib. Astan Babək Süleymana dövlət tərəfindən vəkil təyin olunub. Qısa müşavirədən sonra məhkəmə baxışı oktyabrın 10-na təyin edilib. Ancaq müşavirə otağında çıxarılan qərara görə, məhkəmə iclasları qapalı keçiriləcək. 

Astan Babək Süleymanla bağlı məlumat yalnız ondan ibarətdir ki, onun cinayət işi üzrə istintaqını Dövlət Təhlükəsizlik Xidməti aparıb. Törətdiyi konkret əməllər barədə internet üzərindən axtarış zamanı da hər hansı məlumata rast gəlmədik. Cinayət Məcəlləsinin 276-cı maddəsiylə (casusluq) təqsirləndirilir. Astan Babək Süleymanın təqsiri sübuta yetirilərsə, bu əmələ görə əmlakı müsadirə olunmaqla onu 10 ildən 15 ilədək həbs cəzası gözləyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr 2023

AzərTac

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub. Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. ​​​​​*** 15:53 Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir.  Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. ...
Məhkəmə

Söyüdlü sakininin məhkəməsi: “Plakatları hazırladığım üçün narkotiklə şərlədilər” 

Esmira Cavadova
7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəyin Söyüdlü kənd sakini olan Coşğun Musayevin məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edir. Coşğun Musayev narkotikə görə ittiham olunsa da, o, həbsinin birbaşa Söyüdlü hadisələriylə əlaqəli olduğunu deyir.  Xatırlatma  Bu il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20...

Seçilmiş Videolar

Toplum TV loqo