Açıq mənbələrdən götürülüb
Məhkəmə
Cəlilabad rayonu, Privolnoye bələdiyyəsinin keçmiş sədri Qəmbər Məmmədov məhkəmə qarşısına çıxarılır.
Toplum TV xəbər verir ki, keçmiş bələdiyyə sədri 2015-2022-ci illər ərzində sənədləri saxtalaşdırmaqda təqsirləndirilir. Onun cinayət işi üzrə ibtidai istintaqı Cəlilabad rayon Prokurorluğu aparıb. İş materialları Cəlilabad rayon Məhkəməsinə göndərilib.
Məhkəmədən Toplum TV-yə bildirlib ki, yaxın günlərdə iş materialları hakim icraatına veriləcək.
https://toplum.tv/mehkeme/psefirliyin-keccedilmis-attasesi-pullari-qumarda-uduzmusamnbspp
Bələdiyyə sədri barədə prokurorluqdakı araşdırma kəndin sakini Əfqan Rzayev in ərizəsi əsasında başlanmışdı. Kəndli iddia edirdi ki, ona məxsus təsərrüfat təyinatlı torpaq sahəsi zəbt edilib. Prokurorluq bələdiyyə sədrinin fəaliyyətini araşdırmağa başlayıb və üzə çıxıb ki, Qəmbər Məmmədov 2015-ci ildən 2022-ci ilədək sənədləri saxtalaşdıraraq torpaqları satıb.
O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə təqsirləndirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir
Açıq mənbələrdən götürülüb