Məhkəmə

Daha bir “Suriya işi” məhkəmə baxışına verilir 

Esmira Cavadova
23 May, 2023
96

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Şahin Salayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 

Toplum TV-nin xəbərinə görə, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. 

https://toplum.tv/mehkeme/pelizamin-salayeve-houmlkm-oxundup

S.Salayev 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Azərbaycana gətirilib. İstintaq araşdırmaları zamanı bir sıra maraqlı məqamlar üzə çıxıb. Məlum olub ki, Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olan Şahin Salayev 2016-cı ildə Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan edilib.  

Ona qarşı Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma, qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"  

Esmira Cavadova
2 İyun 2023
İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndinin sakini İlkin Süleymanovun məhkəməsi davam edib. O, həmkəndlisi olan 10 yaşlı Nərmin Quliyevanı oğurlayaraq 47 gün evində gizlətməkdə, öldürməkdə, cəsədini yandırmaqla təqsirləndirilir. İlkin Süleymanovun məhkəməsi iki ildən çoxdur gedir və bu gün o, son söz deyib.  Məhkəmə iclası başlayan kimi hakim Dadaş İmanov İlkin Süleymanova üzünü tutub və ona son söz deməyi təklif edib. İlkin Süleymanov sözə öz ailəsindən başlamaq istəyib: "Mən bir ziyalı ailəsində doğulmuşam.  Hakim sözünü kəsir: - İlkin Süleymanov, bu şeylərə ehtiyac yoxdur. Qısa danış.  İlkin Süleymanov: "Hörmətli məhkəmə, mən yanan meyiti görüb polisə xəbər verəndə ağlıma...
Məhkəmə

Prokuror attaşeyə 8 illik həbs cəzası tələb edib

Esmira Cavadova
2 İyun 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş 33 yaşlı Nəcib Osmanovun cinayəti işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Nəcib Osmanovun 8 il azadlıqdan məhrum edilməsini və  məhkəmə zalında həbs olunmasını istəyib.  Məhkəmə prosesi iyunun 5-də davam edəcək.   İttihama görə, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti internet üzərindən mərc və qumar oyunlarına yönəldib. Ödəniş tapşırıqlarını səfirə möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib. Sabiq attaşeyə qarşı...

Seçilmiş Videolar

Toplum TV loqo