Dələduzluqda təqsirləndirilən vəkil məhkəmədə danışmaqdan imtina etdi
Açıq mənbələrdən götürülüb
Məhkəmə
Martın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış vəkil, yarım milyonluq dələduzluqda ittiham olunan Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Toplum TV xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Elçin Qəmbərov “Mərkəz” vəkil bürosunun müdiri vəzifəsində işləyərkən 2021-ci ilin aprelin ortalarında Elgün Şixəliyevdən (ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Mövlam Şixəliyevin oğlu) onun atası barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi vəzifəli şəxslərlə olan yaxın münasibətlərindən istifadə etməklə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına nail olacağını vəd verib. E.Qəmbərov E.Şıxəliyevdən 320 min dollar alıb. O, 2021-ci ilin avqustunda gələcəkdə onun yenidən həmin pul vəsaitini almaq üçün Elgünün etibarını qazanmaq məqsədilə həmin pul vəsaitini geri qaytarıb.
İstintaqla müəyyən edilib ki, E.Qəmbərov 2021-ci ilin sentyabrında E.Şıxəliyevin pulunu ələ keçirmək məqsədilə rəhbəri olduğu büronun vəkili Arzu Cavadova xidmət haqqı formasında 300 min dollar məbləğində pul vəsaiti müqabilində M.Şıxəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi vəzifəli şəxslərlə olan yaxın münasibətlərindən istifadə edərək, məhkəmə baxışı zamanı ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına nail ola biləcəyini bildirib. O, rəhbəri olduğu büronun xidməti iş otağında E.Şixəliyevlə görüşüb və ondan xidmət haqqı adı ilə 300 min dollar alıb.
Hakim təqsirləndirilən şəxsə ifadə verməyi təklif edib. Lakin E.Qəmbərov ifadə verməkdən imtina edib. Bundan sonra onun istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilib.
Məhkəmə prosesi martın 28-də davam edəcək.
Qeyd edək ki, E.Qəmbərov 2022-ci ilin iyununda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə zərərçəkən qismində Elgün Şıxəliyev tanınıb. E.Şıxəliyevin atası Mövlam Şıxəliyev 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib, ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir
Açıq mənbələrdən götürülüb