Məhkəmə

Dövlətə xəyanət ittihamıyla daha bir məhkəmə başlayır 

6 Yanvar, 2023
886

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Emil Məmmədovun məhkəməsinə hazırlıq iclası keçirilib. İclasa hakim Siyavuş Hacıyev sədrlik edib. 

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və yanvarın 10-na məhkəmə baxışı təyin edilib. 

Təqsirləndirilən şəxsin vəkili Kərimxan Əsədov hakimlərin nəzərinə istintaq zamanı kobud pozuntulara yol verildiyini çatdırıb: ”Cinayət Məcəlləsində bundan ağır maddə nəzərdə tutulmayıb, ağır ittihamdır. İstintaq zamanı vəsatətlər vermişik, ziddiyyətlər araşdırılmayıb. Biz məhkəmənin ədalətinə sığınırıq. İşin məhkəmə baxışına verilməsini istəyirik”. 

https://toplum.tv/mehkeme/pprokuror-keccedilmis-muumlhacire-7-il-6-ayliq-hebs-cezasi-teleb-etdinbspp

Emil Məmmədovun 41 yaşı var, ali təhsillidir, dörd övladı var. O, ötən ilin martında Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub.  İbtidai istintaqın gəldiyi nəticəyə görə, Emil Məmmədov maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanının əməkdaşlarıyla görüşüb. Məxfi əməkdaşlığa razılıq verib və tapşırıqlar alıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. Daha ətraflı məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və şahidlər ifadə verəndə məlum olacaq. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo