Məhkəmə

Əlillərin Bərpa Mərkəzinin baş həkimi bir ildə iki dəfə məhkum edildi

28 Yanvar, 2023
459

Açıq mənbələrdən götürülüb

Məhkəmə

“Düşündük ki, vəzifəli adamdır, əli hər yerə çatır, inandıq, hər pul istəyəndə verdik ki, işlərimizi düzəltsin”.  
 
Bu sözləri məhkəmədə Rəfiqə Seyidova deyib. O, tanışı Könül Abbasova tərəfindən aldadıldığını iddia edib.  
 
Könül Abbasova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan Şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi olub. Elə həmin vəzifədə işləyərkən Rəfiqə Seyidovanın inamını qazanıb. Bu münasibətlərsə müttəhimlər kürsüsünədək davam edib. İndi tərəflərdən biri zərərçəkmiş, digəri məhbusdur.  
 
Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi keçirilən Könül Abbasova baş həkim işləyərkən ərinə, kürəkəninə, oğlanlarına iş axtaran Rəfiqə Seyidovaya deyib ki, ətrafında rüşvətlə adamları yaxşı işə düzəldən tanışları var. Zərərçəkən məhkəmə ifadəsində bunları söyləyib: 

“Dedi, 105 min manata  oğlum Mirasəfi daxili işlər orqanlarında təhqiqatçı vəzifəsinə, 100 min manata kürəkənim Rəşadı Bakının ya Nizami, ya da Xətai rayonları üzrə Rabitə qovşağının rəisi vəzifəsinə təyin etdirə bilər. Ərimin məhkumluğu var, dedi ki, 30 min manata Daxili İşlər Nazirliyinin bazasından onun məhkumluq məlumatlarını sildirə bilər. Mən də inandım”.  
 
Könül Abbasovaya inanan Rəfiqə Seyidova müxtəlif ünvanlardan hissə-hissə olmaqla 300 min manata yaxın pul alıb.  
 
Könül Abbasova özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, Rəfiqə Seyidovayla iki il əvvəl yaxın qohumunun vasitəsiylə tanış olub. Baş həkim işlədiyi müddətdə normal münasibətləri olub. Məqsədi də ona kömək etmək olub: 

“Baş həkim işlədiyim müddətdə çox adamlarla münasibətim olub. Rəfiqəyə də kömək etmək istəmişəm. Onu aldatmaq fikrim olmayıb. Bu işləri Samir adında tanışım görməliydi, Rəfiqədən aldığım pulları ona vermişəm. 2021-ci ildə qəfil həbs olundum, hər şey yarımçıq qaldı. Samirə tapşırdım ki, Rəfiqənin ya pulunu qaytarsın, ya da işlərini görsün. O da boynundan atdı. Rəfiqə isə mənim yaxamdan yapışdı, dedi ki, mən Samir filan tanımıram, pulu sənə vermişəm, qaytar”.  
 
Məhkəmə bu işlə bağlı Könül Abbasovanı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Ancaq bu, Könül Abbasovanın özünün də məhkəmədə dediyi kimi ikinci məhkumluğudur.
 
O, 2022-ci ilin aprelində vəzifə cinayətlərinə görə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. K.Abbasova Şirvan Şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində işlədiyi dövrdə 10 nəfərdən müxtəlif məbləğlərdə rüşvət alaraq Mərkəzə işə götürüb. Bundan başqa baş həkim işlədiyi müddətdə bayramlarda Mərkəzin 26 işçisindən məcburi şəkildə “bayrampulu” yığıb və mənimsəyib. Mərkəz işçilərindən birinin 4 aylıq əməkhaqqını mənimsəməklə onun bülletenə çıxmasına razılıq verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo