Sosial Media
Əlizamin Salayev
Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Əlizamin Salayevə hökm oxunub.
Toplum TV xəbər verir ki, mayın 22-də Qaradağ Rayon Məhkəməsində keçirilən iclasda hakim Salayevi 4 il müddətinə azadlıqdan məhrum etmək barədə qərar çıxarıb.
Milli Şuranın üzvü Tofiq Yaqublu məhkəmədən əvvəl Salayevin komaya düşdüyünə dair məlumat paylaşıb. Onun sosial media hesabında yazdığına görə, bu səbəbdən məhkəmə vaxtında başlamayıb və məhkəmə binasına təcili tibbi yardım maşını çağırılıb.
https://toplum.tv/siyaset/pvasintqon-abs-elizamin-salayevin-isini-diqqetle-izleyirp
Əlizamin Salayev fevralın 7-də saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3 – cü maddəsilə (xuliqanlıq-silah və ya silah kimi istifadə olunan əşyaların tətbiqilə zərərçəkmişə qarşı güc tətbiqi) cinayət işi açılıb.
Salayev həbsini sifariş hesab edir və məhkəmənin qərarına etiraz olaraq 100 gündən çoxdur ki, aclıq aksiyası keçirir.
ABŞ Dövlət Departamenti və ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan hakimiyyətinə Əlizamin Salayevi və digər siyasi məhbusları azad etməklə bağlı çağırış edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür