Məhkəmə

Əvəz Zeynallıya hökm oxundu

26 Fevral, 2024
321

Açıq mənbələrdən götürülüb

Əvəz Zeynallı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı və "Səda TV" yutub kanalının rəhbəri Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Toplum TV xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar məhkəmədən bəraət istəyiblər.

Məhkəmə müşavirədən qayıdandan sonra hökm elan edilib.

https://toplum.tv/multimedia/pevez-zeynallinin-mehkemesi-edaletli-houmlkm-isteyirikp

Hökmə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da Cinayət Məcəlləsinin külli miqdarda rüşvət alma maddəsilə həbs edilib. Daha sonra onun barəsində cinayət işinə yeni maddələr əlavə olunub. Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir.

Elnur Şükürov isə 2022-ci ilin sentyabrında həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham olunurdu. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Tofiq Yaqublunun həbs müddəti uzadılıb 

6 Aprel 2024
Aprelin 6-da Nərimanov rayon Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü olan Tofiq Yaqublunun həbsdə saxlama müddətinin uzadılmasına dair prokurorun təqdimatına baxılıb və təmin edilib. Həbs müddəti daha iki ay müddətinə uzadılıb.  Tofiq Yaqublu ötən ilin dekabrında həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir. Həmin vaxt məhkəmə Tofiq Yaqublu barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçmişdi. Həbs müddəti başa çatdığına görə prokuror müddətin daha iki ay müddətinə uzadılması üçün məhkəməyə təqdimat göndərib və qeyd olunduğu ki, müddət...
Məhkəmə

Bəxtiyar Hacıyev məhkəmədə: “İlham Əliyev çağırdı, gəldim, çox peşmanam” 

6 Aprel 2024
“Praqaya köçmüşdüm, işimi qurmağa çalışırdım. Məqsədim də həmişəlik orada qalmaq idi. İlham Əliyev məmurlarla xəbər göndərdi ki, qayıtsın, gəlsin. Mən də yığışıb qayıtdım. Kaş ki, qayıtmayaydım, çox peşmanam”.  Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində üç aydan çoxdur ki, mühakiməsi davam edən ictimai fəal Bəxtiyar Hacıyev deyib. O, vurğulayıb ki, 2013-cü ildə getdiyi Praqadan 2015-ci ildə İlham Əliyevim çağırışıyla qayıdıb və az sonra şirkətlərini yaradıb. Ancaq elə ilk vaxtlardan sıxışdırılıb.  Bəxtiyar Hacıyev il yarıma yaxındır ki, həbsdədir. O, 2022-ci ilin dekabrında Ülviyyə Alovluya qarşı xuliqanlıq, icra məmuru Orxan Abdullayevə xəsarət yetirmə, məhkəməyə hörmətsizlik ittihamları ilə həbs olunub. Sonradan yeni hallar kimi QHT...

Seçilmiş Videolar

Toplum TV loqo