Məhkəmə

Generallar bəraət istəyir

Leyli Cəfərova
3 Dekabr, 2022
424

Toplum tv - MTN işi

Keçmiş MTN-çilərin apellyasiya şikayətinə baxılıb

Dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili olmuş Nadir Nəzirovun apellyasiya şikayəti üzrə hazırlıq iclası davam etdirilib.

Nizami Şirinov və digər şəxslər Bakı Hərbi Məhkəməsinin barələrində çıxardığı hökmdən narazıdırlar, bəraət tələb edirlər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Nəzirov 4 il müddətinə azadlıqdan mərhum edilib.  İbtidai istintaq dövründə və cinayət dosyesinə Bakı Hərbi Məhkəməsində Elcan Abdullayevlə Nadir Nəzirov barərəsində ev dustaqlığı qəti-imkan tədbiri seçilmişdi. Məhkəmənin hökmündən sonra isə hər iki şəxs zalda həbs olunublar. Nizami Şirinova gəlincə isə, 2022-ci ilin aprelindən həbsdədir. Elman Tahirov barəsində olan cinayətə cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinovun general rütbəsinin alınması üçün prezidentə təqdimat göndərilməsi barədə qərar olunub. Bundan başqa o, orden və medallardan da məhrum edilib. Həmçinin Nizami Şirinovun bütün əmlakları müsadirə olunub.  Hökmdən narazı qalan Nizami Şirinov və digər təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

İstintaq orqanı tərəfindən Nizami Şirinovun barəsində Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirovun barələrində həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.

İttihama görə, Nizami Şirinov və digər şəxslər qulluq mövqeyindən sui-istifadə edib, zərərçəkmiş şəxslərə hədə-qorxu gəlib, onların külli miqdarda vəsaitlərini mənimsəyiblər. Onlar zərərçəkmişlər Dilşad Aslanovadan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, Rahib Ağayevdən 150 min dollar almaqda təqsirli biliniblər. Zərərçəkmiş Mirzəli Yusifov təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən 315 min ABŞ dolları maddi ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.

Digər zərərçəkmişlər Rahib Ağayev tərəfindən Nizami Şirinov və Elcan Abdullayevə qarşı məhkəməyə 150 min manatlıq mülki iddia daxil olduğu elan olunub. Zərərçəkmiş Vüqar Ağayevin vəkili isə məhkəməyə 1 milyon 162 min 400 manatlıq mülki iddia ərizəsi təqdim edib. Hər iki ərizə baxılması üçün məhkəmə icraatına qəbul olunub.

Nizami Şirinov Bakı Hərbi Məhkəməsində iş üzrə zərərçəkənlərə vurulan ziyanı ödəyib.

İş üzrə növbəti məhkəmə prosesi dekabrın 9-na təyin olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

“Tərtər işi”ndə ittiham olunanlara hökm oxundu

Esmira Cavadova
29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik- leytenant Rəşid Niftəliyev, MAXE əsgərlər - Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, noyabrın 29-da Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Vüsal Ələsgərov 5 il 6 ay, Rüstəm Ələsgərov 9 il 6 ay, Rəşid Niftəliyev 5 il 6 ay, Ramil Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. https://toplum.tv/mehkeme/pldquoterter-isirdquo-muumlttehimler-son-soumlzle-ccedilixis-ediblerp Qeyd edək ki, noyabrın 28-də müttəhimlər son sözlə çıxış etmişdilər. Təqsirləndirilən şəxslərdən heç...
Məhkəmə

Məhkəmədə bələdiyyə sədrinə bəraət istənilib 

Esmira Cavadova
28 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun məhkəməsi vəkillərin müdafiə çıxışlarıyla davam edib.  İlknur Turkutun vəkili Xavər İsmayılova çıxışında bildirib ki, tərəflər arasındakı pul məsələləri mülki xarakterlidir və bu işdə cinayət tərkibi yoxdur. Bu səbəbdən də müvəkkilinə bəraət hökmü çıxarılmalıdır.  Sonra Aytac Əliyevanın vəkili Ceyhun Yusifov müdafiə çıxışı edib. O, deyib ki, bu iş ilkin istintaq dövründən düzgün aparılmayıb. Vəkilin dediyinə görə, müvəkkilinin əməlində nəinki cinayət mülki pozuntu belə yoxdur: “Bu iş Məlikməmməd nağılından başqa bir şey deyil. Bu adamı...

Seçilmiş Videolar

Toplum TV loqo