Məhkəmə

Gömrük məmurları rüşvətə görə həbs olunub

17 Noyabr, 2023
152

Açıq mənbələrdən götürülüb

Məhkəmə

"Sədərək" postundan rüşvətlə dərman keçirilməsinə görə 2 gömrük əməkdaşı həbs olunub.

Toplum TV APA-ya istinadən xəbər verir ki, gömrük əməkdaşlarının müxtəlif adda dərman vasitələrinin Türkiyədən ölkə ərazisinə nəzarətsiz keçirilməsinə şərait yaratdıqları bildirilir. 

Məlumata görə, faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda başlanan cinayət işi üzrə istitaq davam etdirilir.

https://toplum.tv/mehkeme/pruumlsvetxorluqda-teqsirlendirilen-memur-mehkemeye-ccedilixarilirnbspp

Onlar Cinayət Məcəlləsinin dərman vasitələrinin qanunsuz dövriyyəsi və rüşvət alma maddələri ilə ittiham olunurlar. 

Gömrük əməkdaşları barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Hazırda ibtidai istintaq davam etdirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Vəkil Elçin Sadıqov Əvəz Zeynallının məhkəməsində ifadə verməkdən imtina edib

Esmira Cavadova
8 Dekabr 2023

Sosial Media

Dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və “Səda TV” youtube kanalının rəhbəri Elnur Şükürovun məhkəməsi davam edib. Məhkəmə iclasına hakim Əli Məmmədov sədrlik edir.  Məhkəmə iclası başlayan kimi vəkil Aqil Layıc iki hissəli vəsatət təqdim edib.  Birinci hissədə vəkil Elçin Sadıqovun bu iş üzrə statusu təqsirləndirilən şəxs olduğu üçün ifadə verməsin. İkinci hissədə vəkil məhkəmədən ümumiyyətlə, Elçin Sadıqovun ifadəsinin sübutlar siyahından çıxarılmasını xahiş edib. Əvəz Zeynallının sigər vəkili Rəşad Əliyev də vəsatəti dəstəkləyib. Bildirib ki, təqsirləndirilən şəxsin eyni iş üzrə şahid qismində dindirilməsi prosessual baxımdan mümkün deyil: “Əvəz Zeynallı ilə Elçin...
Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr 2023

AzərTac

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub. Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. ​​​​​*** 15:53 Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir.  Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. ...

Seçilmiş Videolar

Toplum TV loqo