Məhkəmə

İcra başçısı: “Əvəz Zeynallını otağıma dəvət etdim, danışdıq” 
 

Esmira Cavadova
16 Sentyabr, 2023
215

Açıq mənbələrdən götürülüb

Əvəz Zeynallı

“Xural TV-də ünvanıma təhqirlər, böhtanlar deyirdi. Deyirdi banditdir, quldurdur, guya mənim biznes imperiyam var... Hətta qarğış edirdi. Nəhayət, telefonunu tapıb, ona zəng vurdum. Dedim, kişi kişiyə qarğış eləməz. Gəl, söhbət edək. O da təklifi qəbul elədi, gəldi”. 

Bunu sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Sabunçu Ryon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı barədə danışarkən deyib. 

İcra başçısı jurnalist Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun məhkəməsində şahid kimi dindirilib. 

İttihama görə, Sabunçu qəsəbəsində mağaza tikmək istəyən Ruslan Vəliyev üçün icra hakimiyyətindən razılıq adıyla ondan 7 min manat pul alınıb. İcra başçısı da bu məsələ ilə əlaqədar dindirilib. 

İcra başçısı ifadəsində göstərib ki, əvvəllər Əvəz Zeynallını tanımayıb. Xural TV-də ünvanına səslənən təhqiramiz ifadələrdən sonra onunla zəngləşib, təhqirlərə son qoymasını tələb edib. Bundan sonra başçının iş otağında görüşüblər: ”Dəvət etdim, gəldi, danışdıq, anlaşdıq. Ondan sonra nə vaxt zəng eləsə, ona cavab verirdim. Mən ümumiyyətlə, heç bir jurnalistin zənginə cavab vermirəm, bircə Əvəz Zeynallıya və “Qafqazinfo”nun redaktoruna cavab verirəm”. 

İcra başçısı məhkəmənin suallarını cavablandırıb. Sonda deyib ki, heç kim ona pul verməyib, o da heç kimdən pul almayıb. 

Hakim məhkəmə iştirakçılarının nəzərinə çatdırıb ki, xeyli şahidə bildiriş göndərilsə də, gəlib ifadə vermirlər. Əvəz Zeynallı deyib ki, o, həmin şahidləri tanımır, heç vaxt ünsiyyətdə olmayıb. Prokurorsa tələb edib ki, həmin şahidlər barədə məcburi gətirilmə qərarı çıxarılsın. Hakim belə bir qərar çıxarıb. 

Növbəti məhkəmə iclası sentyabrın 22-də keçiriləcək.

Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.

Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qubad İbadoğlunun məhkəməsi, gənc fəalların oxşar motivli həbsləri

Esmira Cavadova
22 Sentyabr 2023

Toplum Tv

Toplum TV-də məhkəmə saatı verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik” 

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Qəhrəmanovun məhkəməsi başlayıb. Onun adı 7 ay əvvəl hökümətyönlü xəbər saytlarında “Kərimə dövləti qurmaq istəyən 32 nəfər”dən biri kimi qeyd olunurdu. Bildirilirdi ki, həmin 32 nəfər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar. Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu ad altında həbs olunanların işi məhkəməyə gəldikcə məlum olur ki, onlara qarşı həmin əməllə bağlı yox, satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlamaqla bağlı ittiham verilir. Elə Nahid...

Seçilmiş Videolar

Toplum TV loqo