Məhkəmə

İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"  

Esmira Cavadova
2 İyun, 2023
294

İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndinin sakini İlkin Süleymanovun məhkəməsi davam edib. O, həmkəndlisi olan 10 yaşlı Nərmin Quliyevanı oğurlayaraq 47 gün evində gizlətməkdə, öldürməkdə, cəsədini yandırmaqla təqsirləndirilir. İlkin Süleymanovun məhkəməsi iki ildən çoxdur gedir və bu gün o, son söz deyib. 

Məhkəmə iclası başlayan kimi hakim Dadaş İmanov İlkin Süleymanova üzünü tutub və ona son söz deməyi təklif edib. İlkin Süleymanov sözə öz ailəsindən başlamaq istəyib: "Mən bir ziyalı ailəsində doğulmuşam. 

Hakim sözünü kəsir: - İlkin Süleymanov, bu şeylərə ehtiyac yoxdur. Qısa danış. 

İlkin Süleymanov: "Hörmətli məhkəmə, mən yanan meyiti görüb polisə xəbər verəndə ağlıma da gəlməmişdi ki, bu cinayət öz üstümdə qalacaq. Məni əvvəl polis şöbəsinə şahid kimi aparılmışdım. Şahid kimi də dindirildim. Ancaq sonra mənə ağır işgəncələr verildi. Ailəmlə hədələndim, psixoloji təzyiqlərə məruz qaldım. Deyirdilər ki, onsuz da rayonda hamı səndən danışır. Hamı deyir ki, Nərmini sən öldürmüsən. Mənə o qədər dözülməz işgəncələr verdilər ki, axırda dözmədim, hər şeyi boynuma götürdüm". 

İlkin Süleymanov təhdid, təzyiq prosesində Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcov, Tovuzun o vaxtkı polis rəisi Şirzad Əsgərov, onun müavini Şahlar Cəfərov və digərlərinin adlarını çəkib.

İlkin Süleymanov sözünə davam edərək deyib ki, Nərminin ailəsindəki arxayınlıq onu məyus edib: "Bir neçə kəlmə də Nərminin ailəsinin mənə qarşı qərəzindən danışmaq istəyirəm. Meyitlə bağlı şübhələrimiz var. Amma ailəsi ekskumasiyaya qəti şəkildə etiraz etdi.

Təəssüf edirəm ki, ailə Nərminin başına gələnlərin obyektiv araşdırılmasında maraqlı deyil. Əksinə, onların bir mövqeyi var ki, İlkin Süleymanov tutulub, o da cəza alsın.

Məhkəmə çıxışlarımızda üzə çıxartdığımız saxtakarlıqların heç biri onları maraqlandırmır. Halbuki, bunlar ilk növbədə ata olaraq Şərifin özünü maraqlandırmalıydı". 

Hakim təqsirləndirilən şəxsin sözünü kəsib, "Sənin ailəylə işin olmasın, Şərifin adını çəkmə, özündən danış", - deyib. 

İlkin Süleymanov cinayətin motivi haqda cinayət işinin materiallarında yazılanlara da toxunub: "Mən övladlığa uşaq götürürdümsə, onu niyə 47 gün soyuq otaqda saxlayırdım, ona niyə əzab verirdim? Burada məntiq yoxdur. İkincisi, mənim yaxınlarımın uşaqları var, onlardan götürüb saxlayardım. Üçüncüsü, ekspertiza rəy verib ki, mən təkliyə meylli, ünsiyyətcil olmayan biriyəm. Doğrudur. Mən niyə övladlığa uşaq götürmək istəyim? Ekspertiza mənim psixi baxımdan sağlam olmağım haqda rəy verib. Halbuki, həm övladlığa götürmək məqsədilə uşaq oğurlasın, həm də onu soyuq otaqda saxlasın, əzab versin - bunu anlaqsız, psixi xəstə adam eləyər..." 

İlkin Süleymanov prokurorun çıxışına da münasibət bildirmək istəyib. Ancaq hakim yenə sözünü kəsib. 

İlkin Süleymanov son sözünü belə yekunlaşdırıb: "Mən bu cinayətdə şərlənərək, heç bir günahım olmadan həbs olunmuşam. 3 il yarımdır ki, həbsdə saxlanılıram. Məhkəmədən də xahişim budur ki, bu ədalətsizliyə son qoyulsun. Ədalətsizliyə son qoyulması isə bəraət hökmü çıxarılması olar". 

Hakim bildirib ki, bu iş üzrə iyunun 5-də hökm elan olunacaq.

2019-cu il noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Bu hadisəyə görə kənd sakini İlkin Süleymanov həbs olunub. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələriylə ittiham edilir.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib.

İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb.

Məhkəmə ötən müddətdə həm də xeyli şahid dindirib. Əksər şahid ifadələri İlkin Süleymanova qarşı irəli sürülmüş ittihamları şübhə altına alıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik” 

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Qəhrəmanovun məhkəməsi başlayıb. Onun adı 7 ay əvvəl hökümətyönlü xəbər saytlarında “Kərimə dövləti qurmaq istəyən 32 nəfər”dən biri kimi qeyd olunurdu. Bildirilirdi ki, həmin 32 nəfər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar. Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu ad altında həbs olunanların işi məhkəməyə gəldikcə məlum olur ki, onlara qarşı həmin əməllə bağlı yox, satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlamaqla bağlı ittiham verilir. Elə Nahid...
Məhkəmə

İrana casusluqda ittiham olunan şəxslərin istintaq işi yekunlaşıb

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

İranda yaşayan və bu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunan Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Toplum-un xəbərinə görə, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim hakim Şəlalə Həsənovanın icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib. Qeyd edək ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə...

Seçilmiş Videolar

Toplum TV loqo