Açıq mənbələrdən götürülüb
Məhkəmə
Dövlətə xəyanətdə təqsirləndirilərək məhkum edilmiş dindar quru aclığa keçib.
“Yanvarın 11-dən aclıq aksiyası keçirir. Fevralın 20-dən isə quru aclığa keçib. Vəziyyəti ağırdır. Müalicə Müəssisəsinə köçürülüb”.
Bunu Toplum TV-yə İrana casusluqda ittiham olunaraq ötən ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 17 il müddətinə azadlıqdan məhrum edilmiş Səbuhi Səlimovun həyat yoldaşı Fatimə Səlimova deyib. F.Səlimova bildirib ki, fevralın 20-də Səbuhi Səlimovun saxlanıldığı Pentensiar Xidmətin Müalicə Müəssisəsinə zəng edib və onun vəziyyətinin ağırlaşdığını öyrənib:
“Səbuhi telefona gələ bilmədi. Dedilər ki, halsızlıqdan yeriyə bilmir. Həyat yoldaşım şərlənib və məhkəmədə də ittihamları qəbul etməyib. O, şərlənib və haqqının bərpasınadək mübarizəsini davam etdirəcək”.
F. Səlimova həyat yoldaşının vəziyyətindən narahat olduğunu bildirir.
Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Toplum TV-yə bildirdi ki, vətəndaş həyat yoldaşının vəziyyəti barədə Penitensiar Xidmətə müraciət etsin, “ona lazımı məlumat veriləcək, izah ediləcək ki,yoldaşının durumu necədi”.
https://toplum.tv/siyaset/pavropa-mehkemesi-azerbaycandaki-qht-lere-bagli-qerar-ccedilixardip
Səbuhi Səlimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Onun şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Məmmədovun icraatındadır. Şikayət üzrə növbəti məhkəmə iclası fevralın 23-nə təyin edilib.
Səbuhi Səlimov 2021-ci ilin oktyabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. O, İranın xüsusi xidmət orqanı olan “SEPAH”-la əməkdaşlıqda təqsirləndirilib. Özü nə ibtidai istintaq, nə də məhkəmədə ittihamı qəbul etməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir
Açıq mənbələrdən götürülüb