İrana casusluqda suçlanan şəxsin işi məhkəməyə göndərilib
Açıq mənbələrdən götürülüb
Məhkəmə
Dövlətə xəyanətdə ittiham olunan Həsən Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Toplum TV-nin xəbərinə görə, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin icraatındadır. Məhkəmənin hazırlıq iclası avqustun 25-nə təyin edilib.
Qeyd edək ki, H.Hüseynov İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəkləri barədə təhdid ünvanlamış Hüseyn Hüseynovun qardaşıdır. H.Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə, hava məkanında obyektlərin hərəkət trayektoriyası müşahidə edən İrandan göndərilmiş xüsusi qurğu ilə həbs edilib).
https://toplum.tv/mehkeme/permenistana-casusluq-etmekde-ittiham-olunan-sexse-houmlkm-oxundup
H.Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Qubad İbadoğlunun məhkəməsi, gənc fəalların oxşar motivli həbsləri
Toplum Tv
Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik”
Açıq mənbələrdən götürülüb