Məhkəmə

İşgəncə verməkdə təqsirləndirilən şəxs: “Bu, cəza deyildi, müalicə üsulu idi”

Leyli Cəfərova
3 Fevral, 2023
187

Açıq mənbələrdən götürülüb

Məhkəmə

“Nyu Layf” reabilitasiya mərkəzində narkomaniyadan əziyyət çəkən şəxslərə işgəncə verməkdə, onlardan biri Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən mərkəzin məsləhətçisi Fərhad Əliyevin məhkəməsi başlayıb. 

Məhkəmə iclasına hakim Faiq Qəniyev sədrlik edir.  

Bu iş üzrə hələ yayda Orucəli Heydərovun, Elvüsal Hüseynovun, Famil Rzayevin, Sərxan Əliyevin, Qənbər Həsənovun məhkəməsi başlamışdı və hazırda da davam edir.  O iş hakim Rasim Sadlqovun icraatındadır. Fərhad Əliyevin cinayət işi isə hələ ibtidai istintaq dövründə digərlərinin işindən ayrılaraq başqa icraata verilmişdi. Hazırda Fərhad Əliyevin məhkəməyə ruhi xəstəxanadan gətirildiyi deyilir.  
 
İbtidai istintaqın gəldiyi nəticəyə görə, Fərhad Əliyev mərkəzin rəhbəri Orucəli Heydərov, mərkəzin işçiləri - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənovla birlikdə Mərkəzdə reabilitasiya keçən pasiyentlərə (Hüseyn Məmmədov, Cahangir Əliyev, Kamran Əliyev) işgəncə verib. Nəticədə onlardan biri - Hüseyn Məmmədov ölüb.  

https://toplum.tv/mehkeme/pnecmeddin-sadikovun-oglunun-biznes-ortagi-mehkeme-qarsisindadirp
 
Bu reabilitasiya mərkəzi son illərdə yerli televiziyalarda ən çox reklam olunan məkanlardan biri olub. Burda reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə edildiyi deyilirdi. İstintaq orqanı isə Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı amansız davranıldığını iddia edir.   

Hələ bir neçə ay əvvəl Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Mərkəzdəki işgəncələrdən sonra xəstəxanaya aparılarkən yolda öldüyü iddia olunan Hüseyn Məmmədovun atası Rafiq Məmmədov zərərçəkmiş kimi dindirilmişdi. O, ifadəsində göstərmişdi ki, oğluna işgəncə verilib, 18 saat başıaşağı asılı vəziyyətdə saxlanılıb, nəticədə halı pisləşib, xəstəxanaya götürülərkən ölüb. Ancaq təqsirləndirilən şəxslər məhkəmədə deyiblər ki, Hüseynə işgəncə verməyiblər, o, hardansa narkotik əldə edib, dozadan çox qəbul etdiyinə görə vəfat edib.  

Hazırda məhkəməsi başlayan Fərhad Əliyev də ittihamlar üzrə özünü təqsirli bilmir. O, ifadə verib ki, əvvəllər narkotik vasitələrdən özü də əziyyət çəkib və sonradan sağalıb. F.Əliyev bundan sonra Mərkəzdə məsləhətçi kimi işləməyə başladığını söyləyib. 

Keçmiş məsləhətçi Mərkəzdəki iş rejimindən də danışıb: “Orada növbədə olan işçiləri, həmin qaçmaq istəyən xəstələri saxlayıblar, qaçmalarına imkan verməyiblər. Sonra Mərkəzin rəhbəri gəlib və onlarla söhbətlər aparıb. Mən bunu səhəri gün eşitdim. Həmin şəxslər Mərkəzin zirzəmisində qaçmaları ilə bağlı sorğu-sual olundular”.  

Daha sonra prokurorla Fərhad Əliyev arasında belə bir dialoq gedib:

 - Mərkəzdə saxlanılanlara narkotik verilirdimi?  

- Yuxu dərmanı verilirdi, narkotik verildiyini görməmişəm.  

- Cəza verilirdimi?  

- Yox. Kiminsə ayağından asılmasını da nə görmüşəm, nə eşitmişəm. Onlara əsasən yazı yazdırırdılar. Mən özüm də başımı çox vaxt yazmaqla qatırdım. Bu yolla narkotikdən uzaq dayanmaq olur. Yazı-pozu aparmaqla xəstələri orada saxlamaq olurdu. Mənim özümü də orada yazı-pozu saxlayırdı, yoxsa bir gün də qalmazdım. Bu isə cəza deyildi, müalicə üsulu idi.  

- Kimsə getmək istəyəndə icazə alırdı?  

- Yox. Mənim kiməsə icazə vermək səlahiyyətim yox idi. Mənim işim müalicə tədbirləri ilə bağlı məsləhətlər vermək olub. Rezidentlərlə ünsiyyətdə olmurdum. Yazırlar ki, xəstələri Mərkəzin zirzəmisinə aparmışıq, orada onlara işgəncə vermişik. Belə bir şeylər olmayıb. Bəzi xəstələri zirzəmiyə aparıblar. Amma onların yanında mən olmamışam. Orada baş verənlərdən də xəbərim olmayıb. Həmin vaxt mən Mərkəzin ikinci mərtəbəsində olmuşam. Zirzəmidən səs də eşitməmişəm.  
Təqsirləndirilən şəxs məhkəmə heyətinin suallarını cavablandırandan sonra hakim növbəti məhkəmə iclasını fevralın 6-na təyin edib.  
 
“Nyu Layf” Reabilitasiya Mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsinin bağlar massivindəki evlərdən birində yerləşib.

Cinayət işinin materiallarında göstərilib ki, “Nyu Layf” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb. Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, pasiyentlərin gəldiyi mərkəzin ümumiyyətlə, lisenziyası yoxdur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Olimpiya Kompleksindəki qətl məhkəmədə araşdırılacaq  

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Paytaxtın Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə ittiham olunan 20 yaşlı cüdoçu Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.  https://toplum.tv/mehkeme/pmehkeme-genc-ana-1-yasli-koumlrpesini-zeherleyib-oumllduumlrmekde-teqsirlendirilirnbspp   Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində baş verib. Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.    Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Turan Rüstəmovu qəsdən öldürməsinə əsaslı...
Məhkəmə

Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir 

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Bir yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunan 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş hakim Əli Məmmədovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.   https://toplum.tv/mehkeme/pdeleduzluqda-teqsirlendirilen-vekil-mehkemede-danismaqdan-imtina-etdinbspp   Hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.     Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda...

Seçilmiş Videolar

Toplum TV loqo