Məhkəmə

Keçmiş icra başçısı Alimpaşa Məmmədov: “40 min manatı mənimsəmişəm”

Leyli Cəfərova
24 Yanvar, 2023
246

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun mühakiməsi davam edir. Yanvarın 24-də məhkəmə icra nümayəndələrini, bələdiyyə sədrlərini və bağça müəllimlərini dindirib.

Alimpaşa Məmmədova verilən ittihamlardan biri əhalinin siyahıya alınması zamanı mənimsəmə ilə bağlıdır. Bu epizod üzrə məhkəmə icra nümayəndələrini dindirib. Onlar ifadələrində göstəriblər ki, siyahıya alınma zamanı əhalidən toplanan pul Şəmkir Statistika Komitəsinin müdiri Pərvin Gözəlova ötürülüb.  Pərvin Gözəlov isə toplanmış vəsaiti rayon icra başçına çatdırıb.

Əliyaqublu kəndinin keçmiş icra nümayəndəsi Orxan Mürsəlov deyib ki, 2019-cu ildə əhalinin siyahıya alınması zamanı sayıcılardan toplanan vəsaitin Pərvin Gözəlova  verilməsini onlara RİH başçısının birinci müavini Qüdrət Əliyev tapşırıbmış.

Keçmiş icra nümayəndəsi Eldar Murğuzovun sözlərinə görə, onlara toplanan vəsaitin rayonun abadlıq işlərinə xərclənəcəyi deyilibmiş.

Əhalinin siyahıyaalınmasında Şəmkirdəki ayrı-ayrı uşaq bağçalarının işçiləri Zenfira Cəfərova, Kəmalə Pənahova, Məhəbbət Dumanova, Rahilə Paşayeva, Könül İsmayılova, Nahidə Qasımova, Nahidə Kazımova da iştirak edib. Onlar məhkəmədə şahid kimi dindirilərkən bildiriblər ki, toplanmış pulları işlədikləri bağçanın müdirlərinə veriblər, müdirlərsə vəsaitin icra başçısına çatacağını söyləyiblər.

Uşaq bağçasının əməkdaşı Zenfira Cəfərova ifadəsində belə deyib: “Bankdan çağırıb kart verdilər, pulu alıb bağça müdiri Gülçin xanıma verdik”.

 Keçmiş icra başçısı Alimpaşa Məmmədov deyilənləri təkzib etməyib: “Bu məsələ ilə bağlı 40.000 manatın yığılmasını təsdiq edirəm, mənimsəmişəm. Tapşırığı mən vermişdim, günahkar bu adamlar deyil. Yığılan məbləği mənə Qüdrət Əliyev verib”.

Tarixçə

2021-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən həbs olunan Alimpaşa Məmmədov mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma maddələri ilə təqsirləndirilir. Keçmiş icra başçısı 17 aydır ki, həbsdədir.

İstintaq  zamanı müəyyən edilib ki, Alimpaşa Məmmədov əksər mənimsəmə cinayətlərini oğlunun adına rəsmiləşdirib.

İttiham aktında qeyd olunub ki, Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilin və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasına nail olub. Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını yenə oğlu Adilə cəmi 180 manata satılmasını təmin edib.

Bundan başqa, Alimpaşa Məmmədov Şəmkir rayonu ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş yüz minlərlə manat dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinir. Ona verilən ittihamlardan biri Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan 1 milyondan çox rüşvət almasıyla bağlıdır.

Alimpaşa Məmmədova qarşı irəli sürülmüş ittihamlardan biri rüşvət yoluyla əldə etdiyi 832 min manatı oğlu Adilin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pulu leqallaşdırıb.

Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Suriyada döyüşən şəxsin növbəti məhkəməsi keçirilib

Esmira Cavadova
27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Suriyada silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Şahin Salayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.   İttiham aktına görə, dini ləqəbi “Abu Muhəmməd” olan Şahin Salayev Suriya ərazisindəki silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 2020-ci ilin ortalarında İdlib şəhərinə gedib. Orada dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən, “Taifatul Mansura” adlı qanunsuz silahlı qruplaşmaya qoşulub və 2021-ci ilin sonlarınadək həmin qruplaşmanın tərkibində silahlı münaqişələrdə iştirak edib.  Təqsirləndirilən Şahin Salayev ona elan olunan ittihamla özünü təqsirli bilməyib. İfadəsində üç dəfə nikah bağladığını, birincinin rəsmi, digər iki nikahın isə qeyri rəsmi...
Məhkəmə

Məhkəmədə ittiham olunan şəxs: Məmurun mənə 4 milyon manat borcu var

Esmira Cavadova
27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb edən Vahid Xələfovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Hikmət Xəlilov ifadə verib.  O ifadəsində deyib ki, təqsirləndirilən Vahid Xələfovu 2006-cı ildən tanıyır: "Polkovnik dostum bizi tanış etdi. O, dedi ki, qonşum işləmək istəyir, ona kömək edim. Mən də onu SOCAR-da Sosial şöbəsində olan tanıdığımla tanış etdim. Dedim baxın, işindən razı qalsaz, buna da iş verin".  https://toplum.tv/mehkeme/pprokuror-sabiq-icra-basccedilisina-13-illik-hebs-cezasi-teleb-edibnbspp Zərərçəkmiş ona 3 sifariş verdiyini bildirib: "Əvvəl atamın evini, daha sonra oğlumun evini sifariş etdim. Sonradan qardaşım oğlunun evini...

Seçilmiş Videolar

Toplum TV loqo