Məhkəmə

Keçmiş mühacirə hökm oxundu – 6 il 

16 Yanvar, 2023
400

Sosial Media

Cəfər Mirzəyev

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş mühacir Cəfər Mirzəyevə hökm oxunub. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Bugünkü məhkəmə iclasında Cəfər Mirzəyev hökmdən əvvəl son söz deyib: “Yenə də ittihamı rədd edirəm. Polis şöbəsində məndən “etirafedici ifadəni” təzyiqlər altında alıblar. Əgər mən belə səmimi idimsə, nəyə görə narokiti əldə etdiyim mənbə və narkotiki satacağım şəxs barədə səmimi məlumat verməmişəm? Siz də bir hakim kimi sual yaranmırmı? Əgər məndən narkotik çıxmışdısa, niyə gedib evimi də axtarmamışdılar, bəlkə evimdə də var idi?.. Sizə maraqlı deyilmi bunlar? Deyirlər, mən narkotik istifadəçisi də olmuşam. 20 aprel 2020-ci il tarixli ekspertiza rəyinə görə, mənim narkotik asılılığım yoxdur. Bu rəy işin içində də var”.  

Cəfər Mirzəyev həbsini sifarişli adlandırıb: “Heç vaxt prezidenti söyməmişəm, təhqir etməmişəm. Ancaq "Facebook" səhifəmdə məmurların özbaşınalıqlarından yazmışam. Azərbaycandakı siyasi məhbuslara azadlıq tələbiylə keçirilən Almaniyadakı aksiyalarda iştirak etmişəm. Məni bu hərəkətlərimə görə həbs ediblər”. 

https://toplum.tv/mehkeme/pmehkeme-ldquomuumlselman-birliyirdquo-herekatinin-uumlzvuuml-serlendiyini-deyirp

Cəfər Mirzəyev deyib ki, anadangəlmə sağlamlıq qüsurlarına görə Azərbaycanda yaşayarkən hərbi xidmətə aparılmasa da, 44 günlük müharibə zamanı dəfələrlə Almaniyadakı Azərbaycan konsulluğuna gedərək müharibədə iştirak etmək istəyini bildirib. O, özünü patriot, vətənpərvər kimi dəyərləndirib. 

Vəkil Nemət Kərimli jurnalistlərə bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək. 

10 gün əvvəl prokuror Cəfər Mirzəyevə 7 il 6 aylıq həbs cəzası tələb etmişdi. Vəkil Nemət Kərimli isə müvəkkilinə qarşı ittihamların sübuta yetirilmədiyini bildirərək bəraət hökmü çıxarılmasını xahiş etmişdi. 

Almaniyadan readmissiya ilə Azərbaycana göndərilmiş və burada narkotik ittihamıyla həbs olunmuş Cəfər Mirzəyev məhkəmə başlayan gündən bildirib ki, onu şərləyiblər. Məhkəmə ifadəsində göstərib ki,  2014-cü ildə ailə qurub, həyat yoldaşıyla Almaniyaya gedib və siyasi sığınacaq istəyib. 7 il Almaniyada yaşadıqdan sonra Almaniya hökuməti onunla bağlı məhkəməyə müraciət edib. Məhkəmə ona öz ölkəsində heç bir təhlükə olmadığını səbəb gətirərək geri qayıtmasını təklif edib. O da məhkəmədən ölkəni tərk etməsi üçün vaxt istəyib. Ancaq 2021-ci ilin noyabrında onu və ailəsini məcburi qaydada Azərbaycana göndəriblər. Ölkəyə qayıdan kimi ailəlikcə karantinə alınıblar. Karantində olduğu müddətdə Baş Prokurorluqdan gələrək onu dəvət edəcəklərini desələr də, sonradan əlaqə saxlayan olmayıb. 2022-ci il yanvarın 28-də Ramana qəsəbəsindəki “Güvən İnşaat” mağazasında mülki geyimlilər onu zorla maşına mindirərək polis bölməsinə aparıb, döyüblər, psixoloji təzyiq göstəriblər və üzərindən narkotik götürülməsi barədə saxta protokol tərtib ediblər. 

Cəfər Mirzəyevin həbsiylə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, o, DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılarkən üzərindən 12 qram heroin, 4 ədə narkotik tərkibli həb tapılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) cinayət işi açılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qubad İbadoğlunun məhkəməsi, gənc fəalların oxşar motivli həbsləri

Esmira Cavadova
22 Sentyabr 2023

Toplum Tv

Toplum TV-də məhkəmə saatı verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik” 

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Qəhrəmanovun məhkəməsi başlayıb. Onun adı 7 ay əvvəl hökümətyönlü xəbər saytlarında “Kərimə dövləti qurmaq istəyən 32 nəfər”dən biri kimi qeyd olunurdu. Bildirilirdi ki, həmin 32 nəfər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar. Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu ad altında həbs olunanların işi məhkəməyə gəldikcə məlum olur ki, onlara qarşı həmin əməllə bağlı yox, satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlamaqla bağlı ittiham verilir. Elə Nahid...

Seçilmiş Videolar

Toplum TV loqo