Məhkəmə

Keçmiş nazir Səlim Müslümovun məhkəməsi 1 ildir ki, təxirə salınır 

27 Noyabr, 2023
170

Açıq mənbələrdən götürülüb

Səlim Müslümov

Noyabrın 27-də keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi növbəri dəfə təxirə salınıb. Bu dəfə səbəb kimi hakimlər heyətinin tərkibdə olan hakim Samir Əliyevin anasının vəfat etməsi göstərilib. 

Səlim Müslümovun məhkəməsi il yarım əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində başlayıb. Məhkəmə prosesinə hakim Faiq Qəniyev sədrlik edir. 2022-ci ilin avqustunda başlanan məhkəmədə 1 il əvvəl zərərçəkən və şahidlərin dindirilməsi, sənədlərin tədqiqi başa çatıb. Növbəti məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Səlim Müslümova cəza istəyəcəkdi. Ancaq elə həmin vaxtfan məhkəmə iclasları təxirə salınır. Gah Səlim Müslümovun, gah prokurorun xəstələndiyi bildirilir, gah da başqa səbəblər gətirilir. Noyabrın 27-də isə bildirilib ki, bu dəfə də məhkəmənin təxir olunması hakim heyətindəki hakimlərdən birinin anasının vəfatına görədir. 

https://toplum.tv/mehkeme/ppolkovnik-mehkeme-qarsisina-ccedilixarilacaqp

Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Sonradan səhhətinə görə ev dustaqlığına buraxılıb. 

İttihama görə, S.Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi dövrdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verilib.

Həmçinin o, müxtəlif bölgələrdə şəhid ailələri və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən evlərə ayrılan pulların bir qismini mənimsəyərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

İttihamda qeyd edilib ki, S.Müslümov ümumilikdə dövlətə 27 milyon manat ziyan vurub. O, həmin ziyandan 20 milyon manatı ödəyib.
Bundan başqa, sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub. 

Məhkəmədə məlum olub ki, Səlim Müslümov dövlət nəfinə 20 milyon manat ödəyib. Sənədlərin tədqiqi zamanı isə hakim elan edib ki, yerdə qalan zərər tenderdə iştirak etdiyi bildirilən şirkətlər tərəfindən ödənilib. 

Səlim Müslümov məhkəmədə ifadə verməyib. Məhkəmə iclaslarında şahidlərin ifadələrinə də reaksiya verməyib. Jurnalistlərlə üzləşməmək üçün məhkəmə binasına arxa qapılardan gəlib-gedir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo