Keçmiş siyasi mühacir: “Polis çağırdım, cibimə bıçaq qoydular”
Fevralın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Aşurovun məhkəməsi nəhayət baş tutub. Aylardır məhkəmə iclasları hər dəfə zərərçəkmiş Elşən Nəbiyevin gəlməməsi üzündən təxirə salınırdı.
Söhbət 2021-ci ilin martında Almaniyadan deportasiya ediləndən bir ay sonra Bakıda xəsarət yetirmə maddəsiylə həbs olunan siyasi fəaldan gedir.
İttihama görə, Samir Aşurov 2021-ci il aprelin 19-da Nizami rayonu ərazisində yolla gedərkən Elşən Nəbiyev adlı şəxslə çiyin-çiyinə toqquşub. Bundan sonra onların arasında mübahisə yaranıb. Samir Aşurov Elşən Nəbiyevi döyüb, sonra da üstündəki bıçaqla xəsarət yetirib.
Bu gün ifadə verən Aşurov məhkəmənin nəzərinə çatdırıb ki, qeyd olunan tarixdə axşam saatlarında metronun "Neftçilər” stansiyasının yaxınlığında bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib və onu yerə yıxıb: “Mən ordan keçəndə bu adam kənarda dayanıb telefonuna baxırdı. Qəfil üstümə hücum çəkdi, yaxamdan yapışdı, yerə yıxdı. Heç nə anlamadım. Durub qaçdım, polis çağırdım, yaxınlıqda mülki geyimli polislər vardı, yaxınlaşdılar, cibimə bıçaq qoydular. Çıxarıb atdım. Əvvəl sağ cibimə qoymuşdular, sonra gətirib sol cibimə qoydular. Götürüb 24-cü bölməyə apardılar”.
Məhkəmə zərərçəkmiş qismində Elşən Nəbiyevi də dindirib. O ifadəsində göstərib ki, qarşı-qarşıya gələndə Samir Aşurov söyüş söyüb: “Soruşdum ki, niyə söyürsən? Başıma vurdu, dedi: “Ağıllı ol”. Bir-birimizin yaxasından yapışdıq, məni döydü, sonra da bıçaqla vurdu. Qışqırığıma yaxınlıqdakı polislər gəldi”.
Həm təqsirləndirilən, həm də zərərçəkən vəkillərin və dövlət ittihamçısının suallarını cavablandırıblar.
Samir Aşurov deyib ki, Elşən Nəbiyevi tanımır, verilən ittihamlar qondarmadır, onu Azərbaycan hakimiyyətini tənqi etdiyinə görə həbs ediblər.
Növbəti məhkəmə iclası fevralın 22-nə təyin edilib.
Samir Aşurova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib.
Samir Aşurov hələ Azərbaycana qaytarıldığı ilk günlərdə həbs təhlükəsi altında olması barədə dəfələrlə sosial media hesabında yazıb.
Son iki ildə Almaniyadan deportasiya edilmiş xeyli fəal narkotik və başqa ittihamlarla həbs olunub. Onların heç biri məhkəmədə ittihamları qəbul etməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir
Açıq mənbələrdən götürülüb