Məhkəmə

“Baku Steel”-in keçmiş sahibi əmlakını geri tələb edir  

Leyli Cəfərova
24 Fevral, 2023
113

Açıq mənbələrdən götürülüb

Rasim Məmmədov

Fevralın 24-də Bakı Apellyasiya Məhkəməsində “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. Ancaq məhkəmə iclası elə ilk gündə təxirə düşüb. Toplum TV xəbər verir ki, səbəb Rasim Məmmədovun və onun vəkillərinin protokollarla tanışlıq üçün qaldırdığı vəsatət olub.  
 
Məhkəmə iclasına hakim Habil Məmmədov sədrlik edir. Rasim Məmmədov apellyasiya şikayətində bəraət tələb edir və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə müsadirə edilmiş əmlaklarını geri istəyir. Bakı Apellyasiya Məhkəməsində başlayan məhkəmə iclasında vəkillər çıxış edərək bildiriblər ki, birinci instansiya məhkəməsi tələblərə baxmayaraq, aylarla davam etmiş məhkəmə iclaslarının protokollarıyla tanışlıq üçün şərait yaratmayıb. Vəkillər bildiriblər ki, protokollarla tanış olmadan müvəkkilin müdafiəsini qurmaqda çətinliklər yaranır. Hakim vəsatəti təmin edib. Vəkillərin məhkəmə iclaslarının protokollarıyla tanışlığı üçün işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb. Buna görə də məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.  

https://toplum.tv/mehkeme/pldquomehsulrdquo-stadionunun-direktoru-stadionu-satmaqla-teqsirlendirilirnbspp
 
İki il əvvəl Rasim Məmmədova qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib. 

O, 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. 

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb. Ötən ilin dekabrında Bakı Ağlr Vinayətlər Məhkəməsində davam edən 4 aylıq məhkəmənin sonunda 14 il müddətinə azadlıqdan məhrum edilib.  
 
Onun vəkili Elçin Sadıqov hələ məhkəmənin ilk iclasında Bəylər Əyyubovun və qardaşının, həmçinin Ramiz Mehdiyevin məhkəmədə dindirilməsi üçün vəsatət qaldırdıqdan sonra DTX tərəfindən həbs edilib. Sonradan ev dustaqlığına buraxılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Olimpiya Kompleksindəki qətl məhkəmədə araşdırılacaq  

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Paytaxtın Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə ittiham olunan 20 yaşlı cüdoçu Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.  https://toplum.tv/mehkeme/pmehkeme-genc-ana-1-yasli-koumlrpesini-zeherleyib-oumllduumlrmekde-teqsirlendirilirnbspp   Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində baş verib. Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.    Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Turan Rüstəmovu qəsdən öldürməsinə əsaslı...
Məhkəmə

Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir 

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Bir yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunan 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş hakim Əli Məmmədovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.   https://toplum.tv/mehkeme/pdeleduzluqda-teqsirlendirilen-vekil-mehkemede-danismaqdan-imtina-etdinbspp   Hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.     Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda...

Seçilmiş Videolar

Toplum TV loqo