Məhkəmə

“Bravo işi”ndə zərərçəkən: Təqsirləndirilən şəxsləri bağışlamaq fikrim yoxdur 

7 Fevral, 2024
207

Açıq mənbələrdən götürülüb

Bravi işi

“Gözümün qarşısında maşına dörd güllə dəydi. Çox qorxmuşdum, elə hiss vardı ki, güllələr mənə dəyir. Təqsirləndirilən şəxslərdən heç bir şikayətim yoxdur. Ancaq onlarla barışıq barədə düşünmürəm, heç vaxt da onları bağışlamayacam”. 

Toplum TV xəbər verir ki, Bunu “Bravo işi”ndə zərərçəkmiş qismində tanınan Namiq Qəhrəmanov məhkəmədə deyib. 

Bir müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə ötən ilin martında Bakının Xətai rayonu ərazisindəki “Bravo” hipermarketinə silahlı basqınla bağlı məhkəmə davam edir. 

https://toplum.tv/mehkeme/pyeni-dogulmus-usagin-oumlluumlmuumlne-goumlre-iki-hekime-cinayet-isi-accedilildip

Bu hadisəyə görə Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılov məhkəmə qarşısındadır. İstintaq materiallarında adı basqının təşkilatçısı kimi keçən Ruhlan İsmayılovsa dəstənin zərərsizləşdirilməsi zamanı öldürülüb. 

Artıq təqsirləndirilən şəxslərin dindirməsi başa çatıb və hazırda zərərçəkən və şahidlərin ifadələri dinlənilir. Sonuncu məhkəmə iclasında zərərçəkən kimi dindirilmiş Namiq Qəhrəmanov hadisə nəticəsində sarsıntı keçirdiyini, uzun müddət səhhətində problemlər yarandığını bildirib. “Mühafizəçini birbaşa gözümün önündə vurdular”, - deyən zərərçəkən, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayəti olmadığını, mənəvi təzminat davası açmadığını vurğulayıb. 

Məhkəmə şahid qismində dəvət olunmuş Rasim Şirinovu da dinləyib.  O, bildirib ki, hadisə baş verən gün "Bravo"nun qarşısında idarə etdiyi avtomobilin yanında olub: “Partlayış səsinə bənzər səs eşitdim. Novruz bayramından sonra idi, bayramqabağı “Bravo”nun önündə vurulmuş reklam məzmunlu yapışqanlar çıxarılmadığı üçün içəridə nə baş verdiyini görmək olmurdu. “Bravo”ya tərəf boylananda gördüm ki, əlində avtomat olan bir nəfər qaçır. Arxası mən tərəfə idi, üzünü görə bilmədim. Mən də güllə atacağını düşünüb, əks-tərəfə qaçdım, ayağım ilişdi, yıxıldım. Yenə atəş səsləri gəldi, mənə elə gəldi ki, güllə mənə dəydi. Otların arasıyla sürünə-sürünə oradan uzaqlaşmağa çalışdım. Elə bildim terrordu, insanları qırırlar, çox pis hadisə idi, hələ də yadıma düşəndə həyəcan keçirirəm”. 

Zərərçəkən və şahidlərin ifadələri dinləniləndən sonra hakim növbəti məhkəmə iclasını fevralın 14-nə təyin edib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo