Məhkəmə

“MTN işi”: Həbsdən azad olunan “Çobanbulaq” kimə verilib?

Leyli Cəfərova
14 Dekabr, 2022
569

Açıq mənbələrdən götürülüb

Mövlam Şıxəliyev

Mövlam Şıxəliyevin "Çobanbulaq" İstirahət Mərkəzi yüksək vəzifəli məmura verilib. Ancaq məmurun adı açıqlanmır. Elə hazırda Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən məhkəmədə də bu məsələnin üstünə işıq salan yoxdur. Bircə o məlumdur ki, həmin əmlak Şıxəliyevdə olanda əvvəlcə üzərinə həbs qoyulub, sonra həbs götürülüb və əmlak başqasına verilib.

 Məhkəməyə hazırlıq iclasında hakim İlqar Murquzov həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkmişlərin ötən iclasda təqdim etdikləri vəsatətlərlə bağlı qərarı elan edib. Mövlam Şıxəliyevlə bərabər müttəhimlər kürsüsünə çıxarılan 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun barələrindəki həbs qəti imkan tədbirinin dəyişdirilməsi, məhkəmənin tam və ya qismən istintaq aparılmaqla keçirilməsi, Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinin əməkdaşı, müttəhimlərin cinayət işi üzrə istintaq qrupunun rəhbəri olmuş Mehdi Mirzəyevin şahid qismində dindirilməsi, əlavə şahidlərin prosesə dəvət olunmasına dair vəsatətlər təmin olunmayıb.

https://toplum.tv/mehkeme/pldquomtn-isildquonde-moumlvlam-sixeliyev-ldquomen-sifarisle-hebse-atilmisamrdquonbspp-pnbspp

Zərərçəkən Zaur Əliyevin işin ibtidai istintaqa qaytarılması, müttəhimlərin əməllərinin daha ağır maddəyə tövsif olunmasıyla bağlı vəsatət də təmin edilməyib.

Zərərçəkənin keçmiş baş prokuror Zakir Qaralovun, onun 1-ci müavini Rüstəm Usubovun, MTN-in İstintaq İdarəsinin rəis müavini Təhsin Ağayevin, MTN əməkdaşı Mamay Quluzadənin, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əfqan Hacıyevin məhkəmədə şahid qismində dindirilmələrinə dair vəsatətə isə hüquqi qiymət verilməyib.

Zərərçəkən Əfsəl Həsənəliyevin Mövlam Şıxəliyevə məxsus olan,  Xaçmaz rayonunda yerləşən “Çobanbulaq” İstirahət Mərkəzinin də müsadirə olunması üçün üzərinə həbs qoyulamasına dair vəsatət təmin olunmayıb.   Əfsəl Həsənəliyev vəsatəti təqdim edərkən bildirmişdi ki, ibtidai istintaq vaxtı həmin istirahət mərkəzinin üzərinə həbs qoyulub. Sonradan isə yüksək vəzifəli dövlət məmurunun tələbi ilə həmin əmlak üzərindən həbs götürülüb və xüsusi müsadirə siyahısından çıxarılıb.  

Bundan başqa iş üzrə zərərçəkən, mərhum Cahangir Məmmədovun həyat yoldaşı Yeganə Məmmədovanın iş üzrə hüquqi varis qismində tanınmasına dair vəsatəti də təmin olunmayıb. Hakim məhkəmənin Cahangir Məmmədovun qardaşı Arif Məmmədovu hüquqi varis kimi tanındığını qeyd edib.

Zərərçəkənlərin bir qisminin vəkili Osman Kazımovun xüsusi müsadirəyə götürülən Mövlam Şıxəliyevə məxsus əmlakların yenidən qiymətləndirilməsi üçün ekspertizanın təyin olunması haqda vəsatəti də təmin olunmayıb.

Zərərçəkənlər müsadirəyə götürülmüş əmlakların yenidən qiymətləndirilməsini tələb edirlər. Bildirirlər ki, müsadirə olunan əmlaklara real bazar dəyərindən iki dəfə yarım ucuz qiymət qoyulub. Öz təşəbbüsləri ilə alternativ ekspertiza da keçirilməsinə nail olublar. Həmin ekspertizanın gəldiyi qənaətlə ibtidai istintaq dövründə aparılan təqribi qiymətləndirmə arasında çox ciddi fərq var. Faktiki bazar qiyməti 250-300 min manat olan əmlak ibtidai istintaq dövründə 50 min manata qiymətləndirilib. Belə hesablama ilə cinayət işi üzrə mülki iddiaları təmin edilən zərərçəkənlərə Mövlam Şıxəliyev və başının dəstəsi tərəfindən vurulan ziyanın 20-30 faizi ödənilə bilər.

İstintaq dövründə Mövlam Şıxəliyevin mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 482 min manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak 770 min 609 manat, Səbail rayonu, Bülbül prospektiev 7 ünvanında yerləşən 35 kv.m. sahəsi olan zirzəmi 35 min 500 manat, Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak 974 min 600 manat, Nəsimi rayonu, Nizami küçəsi, ev 78, 6 mənzil ünvanında yerləşən daşınmaz əmlak 214 min manat, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak 31 min 500 manat, Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı 39 min 528 manat olması müəyyən edilib. Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevin adına rəsmiləşdirilmiş Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7 a ünvanında yerləşən daşınmaz əmlak 26 min 240 manat, Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m. əmlak 17 min manat, Binəqədi rayonu, Novxanı kəndi, 686 k ünvanında yerləşən daşınmaz əmlakın 37 min 600 manat, Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 212 ünvanında yerləşən daşınmaz əmlak 400 min manat, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134 a ünvanında yerləşən 403.3 kv.m. sahəsi olan daşınmaz əmlak 1 milyon 452 min manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak 535 min 653 manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak 738 min 711 manat olması müəyyənləşib. Mövlam Şıxəliyevin qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş Bakı şəhəri Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv.m. sahəsi olan daşınmaz əmlak 650 min 719 manat, Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak 257 min 172 manat, Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv.m. sahəsi olan daşınmaz əmlak 1 milyon 305 min 240 manat dəyərində olduğu üzə çıxıb. Generalın oğlu Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak 360 min manat, Səbail rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlak 714 min 985 manat olması müəyyən edilib.  Əmlaklar ümumilikdə 7 milyon 738 min  17 manat məbləğində müəyyənləşib.

https://toplum.tv/mehkeme/pselim-muumlsluumlmov-isinde-sahid-ldquobuumltuumln-tenderler-formal-keccedilirilirdi-neticesi-evvelden-belliydirdquonbspp

Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə məhkum olunan şöbə rəislərinin barəsində hökm bu il sentyabrın 21-də, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb. Keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan hər 3 polkovnik hökm elan olunanda məhkəmə zalında həbs olunublar. İş üzrə 36 zərərçəkəndən 16 nəfərinin mülki iddiası qismən təmin edilib.

Sabiq MTN-çilər barəsindəki cinayət dosyesində ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqdan və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

İş üzrə məhkəmə baxışı dekabrın 26-na təyin olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr 2023

AzərTac

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub. Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. ​​​​​*** 15:53 Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir.  Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. ...
Məhkəmə

Söyüdlü sakininin məhkəməsi: “Plakatları hazırladığım üçün narkotiklə şərlədilər” 

Esmira Cavadova
7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəyin Söyüdlü kənd sakini olan Coşğun Musayevin məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edir. Coşğun Musayev narkotikə görə ittiham olunsa da, o, həbsinin birbaşa Söyüdlü hadisələriylə əlaqəli olduğunu deyir.  Xatırlatma  Bu il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20...

Seçilmiş Videolar

Toplum TV loqo