Məhkəmə

“MTN işi”: Müttəhim ittihamları rədd edir  

Leyli Cəfərova
14 Mart, 2023
88

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apellyasiya şikayəti üzrə proses davam edir. 

Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Onların dördü də həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalına gətirilən müttəhimlərin qoluna qandal vurulmur. 

Sonuncu məhkəmə iclasında müttəhim Yasin Məmmədov apellyasiya şikayəti üzrə çıxışını davam etdirib. Bundan əvvəlki prosesdə o, 74 səhifəlik çıxışından 18 səhifəni məhkəmə zalında səsləndirmşdi. Əsasən özü haqda məlumatlara, Mövlam Şıxəliyevlə münasibətlərinə toxunan müttəhim ittihamları rədd etmişdi.  

Prosesdə çıxışınını davam etdirən Yasin Məmmədov ittiham üzrə epizodları sadalamaqla Mövlam Şıxəliyevlə əlbir olmadığını, onunla düşmənçilik münasibətlərindən növbəti dəfə bəhs edib. 

https://toplum.tv/mehkeme/pquotmtn-isiquotnde-zererccedileken-hebsle-hedeleyib-500-min-dollarimi-aldilarp

İttihama görə o, Mövlam Şıxəliyev və digərlərindən ibarət mütəşəkkil cinayətkar quldur dəstənin tərkibində İbrahim Zeynalovdan 10 milyon dollar, Qüdrət Baloğlanovdan 50 min manat, Rauf Həsənovdan 300 min dollar, Orxan Abdullayevdən 50 min manat, Cahangir Məmmədovdan 80 min manat, Sərdar İsmayılovdan 50 min dollar, 2 min manat, Əfsəl Həsənəliyevdən 35 min manat, Azər Rəşidovdan 30 min manat, 2500 manat dəyərində 4 ədəd qol saatı,  Ramiz Əliyevdən 20 min dollar, 2 min 830 dollar dəyərində 4 ədəd qol saatı, Ağasalam Ağamalıyevdən 50 min manat hədə-qorxu ilə tələb edib alıblar.  

Bu cinayətlərə görə Yasin Məmmədova qarşı Cinayət Məcəlləsinin 182.3.1. ( hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə); 182.3.2. (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə);  311.3.1. (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma); 311.3.2. təkrar törədildikdə; 311.3.3. (külli miqdarda törədildikdə); 311.3.4. (hədə-qorxu tətbiq olunmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma); 341.2.1. (bir qrup şəxs tərəfindən törədildikdə); 341.2.3. (ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. 

Məhkəmədəki çıxışında Yasin Məmmədov hər bir epizodu sadalamaqla kimsəyə hədə-qorxu gəlmədiyini, rüşvət almadığını, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədiyini diqqətə çatdırıb. Mövlam Şıxəliyev və digəriləri ilə mütəşəkkil cinayətkar quldur dəstədə olmadığını təkrar-təkrar dilə gətirib. Hər bir epizoddan danışarkən Mövlam Şıxəliyevlə münasibətlərinin kəskin olduğunu vurğulayıb.  

İş üzrə zərərçəkənlərin yalnız 2015-ci ildə, Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra şikayət vermələrinə diqqət çəkən Yasin Məmmədov bu məqamı da özünün günahsızlığının sübutu kimi təqdim edib.  

Müttəhimin məntiqinə görə, iş üzrə zərərçəkənlərin zamanında şikayət verməmələri o dövrdə onlara qarşı irəli sürülən ittihamların doğruluğuna sübutdur. 
Yasin Məmmədov çıxışını yekunlaşdırandan sonra zərərçəkənlər onu “nağıl danışmaqda” ittiham ediblər.  

Yasin Məmmədovun vəkili də çıxışında müvəkkilinə qarşı ittihamların sübuta yetirilmədiyinə istinad etməklə barəsində bəraət qərarının çıxarılmasını xahiş edib. 
Bundan sonra proses martın 27-nə qədər təxirə salınıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Olimpiya Kompleksindəki qətl məhkəmədə araşdırılacaq  

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Paytaxtın Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə ittiham olunan 20 yaşlı cüdoçu Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.  https://toplum.tv/mehkeme/pmehkeme-genc-ana-1-yasli-koumlrpesini-zeherleyib-oumllduumlrmekde-teqsirlendirilirnbspp   Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində baş verib. Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.    Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Turan Rüstəmovu qəsdən öldürməsinə əsaslı...
Məhkəmə

Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir 

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Bir yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunan 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş hakim Əli Məmmədovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.   https://toplum.tv/mehkeme/pdeleduzluqda-teqsirlendirilen-vekil-mehkemede-danismaqdan-imtina-etdinbspp   Hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.     Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda...

Seçilmiş Videolar

Toplum TV loqo