Məhkəmə

“MTN işi”ndə zərərçəkən: “Oğlum Mövlam Şıxəliyevə pulu idman çantasında gətirmişdi” 

Leyli Cəfərova
30 Mart, 2023
529

Açıq mənbələrdən götürülüb

MTN işi

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə məhkəkmə iclası martın 30-da davam edib.
 
Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalına  gətirilən müttəhimlərin qoluna qandal vurulmur. 
 
Məhkəmə iclası yekunlaşmaq üzrədir. İş üzrə zərərçəkənlər yekun çıxışlar edirlər. Bu dəfə zərərçəkən Hüseyn Səfərov çıxış edib. Deyib ki, müttəhimlər məhkəmə dövründə yalan danışıb, dövlətə, istintaq orqanına, məhkəmələrə, zərərçəkənlərə iftira, şər atıblar: “Mövlam Şıxəliyev Hərbi Məhkəmədə də, burada da deyir ki, guya məni tanımır, mənimlə kabinetində dəfələrlə görüşməyib. Mən "Quran"a and içirəm ki, saxlandığım günün səhərisi Mövlam Şıxəliyev məni müstəntiq və Vüsal Ələkbərovla birgə qəbul edib. Məni məcbur edib ağzımdan “1 milyon” sözünü aldılar. Gördülüər ki, 1 milyonu söz verdim, məbləği qaldırdılar 3 milyona”.  
 
Zərərçəkən iddia edib ki, 2 milyon manat verib: Vüsal Ələkbərovun otağında oturmuşdum, üç nəfər gəldi. Vüsal Ələkbərova dedilər ki, bunun adamları pulun qalanını da gətirib, “klyok” götürüb dedilər ki, gedək pulları gətirək. Getdilər oğlumdan pulu almağa. Qayıdanda idman çantasıyla gəldilər. Oğlum pulları çantada gətirib vermişdi. Vüsal Ələkbərov uşaq kimi sevinirdi. Öz otağından Mövlam Şıxəliyevə zəng elədi, dedi ki, Hüseynin oğlu pulun qalanını da gətirdi. Aparıb çantanı Mövlama verib qayıtdı”.  
 
Zərərçəkən deyir ki, 1 milyon 650 min manat verilib, 350 min manat qalıb. Onu azad ediblər ki, gedib həmin məbləği də düzəldib onlara versin: “Pulun böyük hissəsi verilmişdi, məni apardılar Mövlam Şıxəliyevin yanına. Dedi, 1 milyon 650 min çatıb, 350 mini nə vaxt gətirir adamların? Mənimlə hədə ilə danışırdı. Dedi ki, pulu verməsən, məsələ başqa cür olacaq. Məni buraxdılar. Azadlıqda olanda Vüsal Ələkbərov gəldi, dedi, Mövlam pulun qalanını da istəyir. Dedim, hər şeyimi əlimdən almısız, cəmi bir evim qalıb, onun da üzərinə həbs qoymusuz. Dedi, kağız yazım verim, get, evi həbsdən çıxart, sat, gətir, pulu ver”.  
 
Zərərçəkən deyib ki, ailəsi bu pulları toplamaq üçün Naxçıvandakı ev-eşiklərini satıblar, övladlarının evlərini, maşınlarını banklarda girov qoyub, kredit götürüblər.   
 
Zərərçəkənin sözlərinə görə, Mövlam Şıxəliyev həbs olunandan sonra şikayətini geri götürməsi üçün onun yanına öz vəkilini göndərib: “Mənə “Çobanbulaq” İstirahət Mərkəzinin yarısını təklif edirdi. Soruşdum ki, necə verirsiz? Dedi ki, götür, Akif Qurbanovla bölərsən. İstəmədim. Mövlam Şıxəliyev müstəntiq adam idi, bu qədər var-dövləti hardan toplamışdı? Deyir ki, guya ailə biznesi olub 1994-cü ildən. Guya baldızı oğlu Babaşla şərik olublar. Guya 2014-cü ilə qədər şərikli biznesləri davam edib. Belə çıxır ki, Mövlam Şıxəliyevin polisdən çıxıb 2004-cü ildə MTN-ə gəldiyi zaman milyonları olub? Elə deyil axı. Qaradağ polisində təhqiqatçı işinə keçmək üçün ondan 5 min manat pul istəyiblər. Həmin pulu 3 aya düzəldib verə bilməyib. İndi də durub camaata Babaşla şərikli biznesindən nağıllar danışır”.  
 
Digər zərərçəkənlər də məhkəmədə çıxışlarını edəndən sonra hakim növbəti məhkəmə iclasını aprelin 3-nə təyin edib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr 2023

AzərTac

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub. Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. ​​​​​*** 15:53 Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir.  Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. ...
Məhkəmə

Söyüdlü sakininin məhkəməsi: “Plakatları hazırladığım üçün narkotiklə şərlədilər” 

Esmira Cavadova
7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəyin Söyüdlü kənd sakini olan Coşğun Musayevin məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edir. Coşğun Musayev narkotikə görə ittiham olunsa da, o, həbsinin birbaşa Söyüdlü hadisələriylə əlaqəli olduğunu deyir.  Xatırlatma  Bu il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20...

Seçilmiş Videolar

Toplum TV loqo