Məhkəmə

“MTN İşi”ndə zərərçəkənlər: Məhkəmənin təxirə salınması səbəbsiz deyil

Leyli Cəfərova
7 Fevral, 2023
125

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Keçmiş MTN-nin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Mövlam Şıxəliyevin, 2-ci şöbənin rəisi Vüsal Ələkbərovun, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədovun, şöbə rəisinin müavini Sahib Ələkbərovun məhkəməsi yenə təxirə salınıb.

İndiyədək Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə səkkiz məhkəmə iclası təyin olunub, ancaq bunlardan cəmi dördü baş tutub. Bunun səbəbləri isə müxtəlif olub. Vəkillərin prosesə qatılmaması, qar yağması səbəbindən müttəhimlərin Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilməməsi olub.

Fevralın 7-nə təyin olunan proses isə hakimlərdən birinin xəstələnməsi səbəbindən fevralın 13-dək təxirə salınıb. İş üzrə zərərçəkənlər məhkəmənin təxirə salınmasının səbəbsiz olmadığını deyirlər. Bildirirlər ki, müttəhimlər prosesin uzadılması ilə vəziyyətdən çıxa biləcəklərini, hakimiyyət daxilində özlərinə himayəçi tapacaqlarına ümid edirlər.

Ötən iclasda bəraət istəmişdi

Ötən məhkəmə iclasında Mövlam Şıxəliyev çıxış edərək ittiham üzrə özünü təqsirli bilməyib, ona bəraət verilməsini istəyib. Fevralın 13-də keçirilən məhkəmə prosesi digər müttəhimlərin çıxışları ilə davam etdiriləcək.

https://toplum.tv/mehkeme/pavropa-mehkemesi-azerbaycanla-bagli-qerar-verdip

Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayətlərini təqdim edən təkcə Mövlam Şıxəliyev və suç ortaqları deyil. Onun ailə üzvləri də, dövlət ittihamçısı da, iş üzrə zərərçəkənlər də apellyasiya instansiyasına şikayətlərini təqdim ediblər. Prosesə hakim İlqar Murğuzov sədrlik edir. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm sentyabrın 21-də, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb. Onun tabeliyində işləmiş hər üç polkovnikə də uzunmüddətli həbs cəzaları kəsilib. Keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan hər üç polkovnik hökm elan olunanda məhkəmə zalında həbs olunublar.

Müsadirə olunan əmlaklar

Hökmdə keçmiş MTN-çilərin əmlaklarının müsadirəsi məsələsi də yer alıb. Mövlam Şıxəliyevin özü və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına 7 milyon manatdan çox dəyəri olan əmlaklar müsadirə olunub. Onların arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada səkkiz mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var.

Maraqlıdır ki, Mövlam Şıxəliyevlə bərabər onun ailə üzvləri də hökmdən apellyasiya şikayəti veriblər. Onlar müsadirə olunan əmlakları geri tələb edirlər. İddia edirlər ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunmayıb. Şıxəliyevin ailə üzvləri çoxsaylı əmlakların onlara yaxın qohumları tərəfindən bağışlandığını qeyd etməklə geri almaq niyyətlərini apellyasiya şikayətlərində qeyd ediblər.

Hədə-qorxular, iddialar...

Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam isə Mövlam Şıxəliyev və ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasıdır. Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesinin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərin iddiasını qismən təmin edib. Mülki iddialarının qismən təmin olunması da zərərçəkənləri hökmdən narazı salıb. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər üç polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər.

Eyni zamanda zərərçəkənlər müsadirəyə götürülmüş əmlakların yenidən qiymətləndirilməsini tələb edirlər. Bildirirlər ki, müsadirə olunan əmlaklara real bazar dəyərindən iki dəfə ucuz qiymət qoyulub. Əmlakların yenidən qirymətləndirilməsi üçünb alternativ ekspertiza təyin olunması da zərərçəkənlərin apellyasiya şikayətlərində yer alıb.

Şıxəliyevlərdən tələb

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə Mövlam Şıxəliyevin həyat yoldaşı, qızı və oğlu maraqlı şəxs qismində qoşulublar. Onlar da əmlak davasında tərəfdirlər və müsadirəyə götürülən yerdə qalan əmlakları da geri tələb edirlər.

Daha bir maraqlı məqam isə Eldar Mahmudovun şəxsi agenti olmuş “Akula Akif “ ləqəbi ilə tanınan Akif Mustafayevin də prosesə maraqlı şəxs qismində qoşulmaq istəməsiydi. Lakin hakimlər məhkəmənin hazırlıq iclasında hazırda beynəlxalq axtarışda olan Akif Mustafayevin vəkilləri Aytən Quliyevanın və Cavanşir Süleymanovun apellyasiya şikayətlərini təmin etmədi.

https://toplum.tv/mehkeme/pmtn-isi-moumlvlam-sixeliyev-iranli-casusun-prezidente-sui-qesd-cehdinden-haci-memmedovu-tutmasindan-danisdip

Bununla da Eldar Mahmudovun şəxsi agenti onun baş istintaqçısının prosesindən kənar saxlanıldı. “Akula Akif” Mövlam Şıxəliyevin məhkəməsinə qatılmaqla nəyi mübahisələndirəcəkdi, nəyi tələb edəcəkdi bilinmədi.

Tarixçə

Keçmiş MTN-çilər barəsindəki cinayət dosyesində ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqdan və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun postundan uzaqlaşdırılması, generallar da daxil olmaqla, 20-dən artıq vəzifəlinin tutulması ilə nəticələnən əməliyyatdan sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidməti (XKX) yaradılıb.

İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. İstintaqla Mövlam Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin özgə əmlakını hədə-qorxu ilə tələb edib alması, həmçinin səlahiyyət həddini aşmaları və sübutları saxtalaşdırma ilə əlaqəli cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edilmişdi.

Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham elan olunmuşdu.

Cinayət işi üzrə 36 zərərçəkmiş var. Onlardan 3 nəfəri yolu MTN-dən keçəndən sonra xəstəlik taparaq dünyasını dəyişib. Zərərçəkmiş Cahangir Məmmədov isə intihar etməklə həyatına son qoyub. Bundan sonra həyat yoldaşı və iki övladı Azərbaycanı tərk ediblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Olimpiya Kompleksindəki qətl məhkəmədə araşdırılacaq  

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Paytaxtın Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə ittiham olunan 20 yaşlı cüdoçu Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.  https://toplum.tv/mehkeme/pmehkeme-genc-ana-1-yasli-koumlrpesini-zeherleyib-oumllduumlrmekde-teqsirlendirilirnbspp   Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində baş verib. Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.    Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Turan Rüstəmovu qəsdən öldürməsinə əsaslı...
Məhkəmə

Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir 

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Bir yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunan 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş hakim Əli Məmmədovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.   https://toplum.tv/mehkeme/pdeleduzluqda-teqsirlendirilen-vekil-mehkemede-danismaqdan-imtina-etdinbspp   Hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.     Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda...

Seçilmiş Videolar

Toplum TV loqo