Məhkəmə

“Müsəlman Birliyi”nin fəalı 1 il qapalı həbsxanada qalacaq  

Esmira Cavadova
31 May, 2023
114

Açıq mənbələrdən götürülüb

Abbas Hüseyn

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə siyasi məhbus Abbas Hüseynin məhkəmə prosesi keçirilib. Məhkəmə Abbas Hüseynin 1 illik Qobustan həbsxanasına köçürülməsi ilə bağlı Nizami rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.  
  
Bu il aprelin 27-də 1 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərinin təqdimatı əsasında Bakının Nizami Rayon Məhkəməsi Abbas Hüseynin 1 il müddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul edib. Abbas Hüseynin müdafiəçiləri məhkəmənin bu qərarından apellyasiya şikayəti verdiyi üçün o, mayın 18-də 1 saylı Bakı İstintaq Təcridxansına köçürülüb.  

https://toplum.tv/mehkeme/pquotmuumlselman-birliyiquot-herekatinin-uumlzvuuml-isgenceye-meruz-qaldigini-bildirirp
 
Bir neçə gün əvvəl Abbas Hüseynin sosial şəbəkələrdə audio müraciəti yayılmışdı. O, saxlanıldığı Cəzaçəkmə Müəssisəsində həyatına hər an təhlükə olduğunu bildirmişdi. Ötən məhkəmə iclasında Abbas Hüseyn hakimə 7 saylı Cəzaçəkmə Müəssisəsində döyülməsi nəticəsində yaranmış izlərini göstərmişdi. Məhkəmədə iştirak edən hüquq müdafiəçisi Fikrət Cəfərov da jurnalistlərə demişdi ki, Abbas Hüseynin bədənində işgəncə izləri aydın görünür. Ancaq hakim bu faktları araşdırmayıb.  
 
2015-ci ilin noyabrında Daxili İşlər Nazirliyi Nardaranda əməliyyat keçirib. “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadəni, Abbas Hüseyni və başqa dindarlar həbs olunub. Onlar terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət və başqa maddələrilə təqsirləndirilərək 12 ildən 20 ilədək həbsə məhkum ediliblər. Abbas Hüseyn 20 il azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri Abbas Hüseyn və onunla həbsdə olan digər fəalları siyasi məhbus kimi tanıyıb. Həmin məhbusların çoxu əfv edilib, bəzilərinin həbs müddəti başa çatıb. Hazırda Nardaran hadisələri ilə bağlı həbsə məhkum edilən fəallardan yalnız 5 nəfəri həbsdədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik” 

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Qəhrəmanovun məhkəməsi başlayıb. Onun adı 7 ay əvvəl hökümətyönlü xəbər saytlarında “Kərimə dövləti qurmaq istəyən 32 nəfər”dən biri kimi qeyd olunurdu. Bildirilirdi ki, həmin 32 nəfər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar. Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu ad altında həbs olunanların işi məhkəməyə gəldikcə məlum olur ki, onlara qarşı həmin əməllə bağlı yox, satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlamaqla bağlı ittiham verilir. Elə Nahid...
Məhkəmə

İrana casusluqda ittiham olunan şəxslərin istintaq işi yekunlaşıb

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

İranda yaşayan və bu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunan Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Toplum-un xəbərinə görə, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim hakim Şəlalə Həsənovanın icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib. Qeyd edək ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə...

Seçilmiş Videolar

Toplum TV loqo