Məhkəmə

“Nərmin işi”: Kənd sakinləri məhkəmədə nədən danışdı?

Leyli Cəfərova
13 Aprel, 2023
307

Açıq mənbələrdən götürülüb

İlkin Süleymanov

Bir müddətdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kənd sakini İlkin Süleymanovun məhkəməsi davam  edir. O, qonşusu olan 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb 47 gün yaşadığı evdə gizlətməkdə, öldürərək cəsədini yandırmaqda təqsirləndirilir. İki ildir davam edən məhkəmə iclasına hakim Dadaş İmanov sədrlik edir.  
 
Sonuncu məhkəmə iclasında Dondar Quşçu kəndinin sakinləri ifadə verib. Onlar məhkəməyə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid kimi dəvət olunmuşdular.  

Kənd sakini Tofiq Vəliyev tərəflərin suallarını cavablandırarkən deyib ki, yanmış meyit tapılan yerdə 7-8 kibrit çöpü görüb: “Mən kibritləri hüquq-mühafizə orqanlarının əməkdaşlarıyla birlikdə hadisə yerinə və meyitə baxış keçirilərkən gördüm: Meyit tapılan günün ertəsi idi – ayın 7-də. Nərminin qohumlarının yanında idim. Çünki əmisi ilə dostluğumuz var. Hüquq-mühafizə orqanlarının işçilərindən gəldi, dedilər ki, meyitə, hadisə yerinə baxış keçirəcəyik, şahid lazımdır, bir şərtlə ki, kənar adam olmalıdır. Mən razılıq verdim, getdim. Hadisə yerində qırmızı köynək, 7-8 ədəd də kibrit çöpü gördüm. Onlara  dedim ki, bu çöplər əhəmiyyətli ola bilər. Çünki üstündə əl izləri ola bilər. Orada təxminən saat yarım olmuşuq”.  
 
Şahid deyib ki, hadisə yerində olarkən ona heç bir sənəd imzalatdırılmayıb: “Ancaq sonradan evə gəldilər, özləriylə sənəd gətirmişdilər, dedilər, imzala, mən də imzaladım”.  
 
Şahid deyib ki, sənədləri imzalayarkən oxumayıb. O, gördüyü meyitin boy ölçüsünü də təsvir edib. Bildirib ki, təqribən 1 metr 65-1 metr 70 santimetr civarında olub.  
 
Vəkillər məhkəməyə bildiriblər ki, hadisə yerinə baxış protokolunda cəmi 1 kibrit çöpünün tapıldığı qeyd edilib. İddia edilib ki, İlkin Süleymanov meyiti alışqanla yandırıb.  
 
Məhkəmə yenə də vəkillərin vəsatəti əsasında çağırılmış Rüstəm Süleymanovla Gündüz Əliyevi dinləyib. Bu şəxslər Nərmin itkin düşəndən sonra onun yaşadığı ünvana və evin ətrafına polis tərəfindən baxış keçirilərkən hal şahidi olublar. Hər ikisi məhkəməyə bildirib ki, baxış zamanı Nərmingilin həyətindən topa şəklində saç tükü  aşkarlanıb: “Nərminin atası Şərif dedi ki, uşaq itkin düşməmişdən bir gün əvvəl əmisi qızının toyuna gedəndə saçını kəsib. Şərifgilin evinin qarşısında, içində su olmayan arxın kənarındakı kolların üstündən ağ rəngli uşaq alt paltarı tapılmışdı. Üstündə qan izləri vardı. Polislər bunu aşkar edən kimi Nərminin anasını çağırdılar, ancaq o, dedi ki, geyim Nərminin deyil”.  
 
Məhkəmədə vəkillərlə hakim arasında yenə mübahisə düşüb. Belə ki, bir neçə ay əvvəl vəkillər bu iş üzrə rəy vermiş bütün ekspertlərin dindirilməsinə dair vəsatət veriblər. Vəsatət təmin olunub və bu yaxınlarda bir neçə ekspert dindirilib. Sonuncu məhkəmə iclasında hakim bildirib ki, kifayət qədər ekspert dindirildiyi üçün yerdə qalan ekspertlərin dindirilməsinə ehtiyac yoxdur. Elə mübahisəyə də bu səbəb olub. Vəkillər bildiriblər ki, ekspert rəyləri ilə bağlı çoxsaylı ziddiyyətlər var. Ona görə müdafiə tərəfi ekspertlərin hər birinin dindirilməsində israrlıdır.  
 
Hakim növbəti məhkəmə iclasını aprelin 19-na təyin edib.  

https://toplum.tv/mehkeme/pquotterter-isiquot-ldquozabitlerle-daha-amansiz-davranirdilarrdquop
 
2019-cu il noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Bu hadisəyə görə kənd sakini İlkin Süleymanov həbs olunub. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələriylə ittiham edilir. 

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib. 

Bu məhkəmə iclası 2 ildir davam edir. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib. 

İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb. 

Baş Prokurorluqsa işgəncə faktlarını təkzib edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"  

Esmira Cavadova
2 İyun 2023
İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndinin sakini İlkin Süleymanovun məhkəməsi davam edib. O, həmkəndlisi olan 10 yaşlı Nərmin Quliyevanı oğurlayaraq 47 gün evində gizlətməkdə, öldürməkdə, cəsədini yandırmaqla təqsirləndirilir. İlkin Süleymanovun məhkəməsi iki ildən çoxdur gedir və bu gün o, son söz deyib.  Məhkəmə iclası başlayan kimi hakim Dadaş İmanov İlkin Süleymanova üzünü tutub və ona son söz deməyi təklif edib. İlkin Süleymanov sözə öz ailəsindən başlamaq istəyib: "Mən bir ziyalı ailəsində doğulmuşam.  Hakim sözünü kəsir: - İlkin Süleymanov, bu şeylərə ehtiyac yoxdur. Qısa danış.  İlkin Süleymanov: "Hörmətli məhkəmə, mən yanan meyiti görüb polisə xəbər verəndə ağlıma...
Məhkəmə

Prokuror attaşeyə 8 illik həbs cəzası tələb edib

Esmira Cavadova
2 İyun 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş 33 yaşlı Nəcib Osmanovun cinayəti işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Nəcib Osmanovun 8 il azadlıqdan məhrum edilməsini və  məhkəmə zalında həbs olunmasını istəyib.  Məhkəmə prosesi iyunun 5-də davam edəcək.   İttihama görə, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti internet üzərindən mərc və qumar oyunlarına yönəldib. Ödəniş tapşırıqlarını səfirə möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib. Sabiq attaşeyə qarşı...

Seçilmiş Videolar

Toplum TV loqo