Məhkəmə

“Rövşən Lənkəranski”yə görə qətl törədənə hökm oxunub

7 Fevral, 2024
226

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı bir məhkəmə başa çatıb. Söhbət kriminal aləmdə “Lotu Quli” ləqəbilə tanınmış avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun məhkəməsindən gedir. 

İttihama görə, Camal Həsənov öz çevrəsində “Yeraz Camal” ləqəbiylə tanınıb və kriminal avtoritet, 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilmiş Rövşən Canıyevə (Lənkəranski ləqəbli) pərəstiş edib. İttihama görə, Camal Həsənov Rövşən Lənkəranskinin Rusiyada yaşayan və Azərbaycan vətəndaşı olan, “Lotu Quli”yə yaxınlığı ilə tanınan Cabir Həsənov tərəfindən öldürülməsindən şübhələnib. Onun ifadəsinə görə, bu barədə Cabir Həsənov özü müxtəlif məclislərdə ətrafdakılara deyib. Camal Həsənov Rövşən Lənkəranskinin qisasını almaq üçün Cabir Həsənovun yaşadığı Sankt-Peterburqa gedib. Orada Rusiya vətəndaşı olan Nazim Nüsrətovdan kömək istəyib. Nazim Nüsrətov 10 min manat müqabilində Camal Həsənova həm odlu silah, həm başqa-başqa adamların adına mobil nömrələr, həm də avtomobil xidməti təşkil edib. Birlikdə Cabir Həsənovun yaşadığı ərazidə müşahidələr aparıblar. 2017-ci ilin 28 aprelində, axşam saatlarında Camal Həsənov Cabir Həsənovu sonuncunun yaşadığı evin yaxınlığında altı dəfə atəş açmaqla qətlə yetirib. Elə həmin gecə tanışı olan  Ramin Səfərovun köməkliyi ilə Belarusiyaya, oaradan Bakıya uçub. Hadisədən qısa müddət sonra Nazim Nüsrətov, 2017-ci ilin noyabrında isə Camal Həsənov barəsində cinayət işi başlanıb, axtarış elan edilib. 2021-ci ildə Rusiyanın istintaq orqanı cinayət işi təqibinin davam etdirilməsi ilə üçün materialları Azərbaycana göndərib. Bundan qısa müddət sonra Camal Həsənov Bakıda həbs edilib. 

https://toplum.tv/mehkeme/pldquobravo-isirdquonde-zererccedileken-teqsirlendirilen-sexsleri-bagislamaq-fikrim-yoxdurnbspp

Məhkəmədə Rövşən Lənkəranskinin yaxın qohumu olan vəkil Nizami Caniyev müdafiə edib. Camal Həsənov ona qarşı irəli sürülmüş ittihamları rədd edib. Məhkəmə isə hesab edib ki, Həsənova qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqıyla təsdiqini tapıb. Camal Həsənov məhkəmənin hökmüylə 18 il müddətinə azadlıqdan mərhum edilib.

Xatırlatma 
 
Rövşən Lənkəranski 16 avqust 2016-cı ildə İstanbulda, Lotu Quli isə 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada yerləşən otellərdən birində güllələnərək öldürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo