Məhkəmə

“Sabunçu xəstəxanası”nın baş həkimi məhkəmə qarşısına çıxarılıb

11 Yanvar, 2024
512

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rauf İsfəndiyarovun məhkəməsinə hazırlıq iclası keçirilib.

Rauf İsfəndiyarov “Sabunçu xəstəxanası” kimi tanınan 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi olub. O, dələduzluqda, mənimsəmədə, vəzifədən sui-istifadədə, rüşvət almaqda, vəzifə saxtakarlığına təhrik etmədə, vəzifədən sui-istifadəyə təhrik etmədə, rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilir. Ötən il məhkəmə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçdiyi üçün həbsdə deyil. 

Bu iş üzrə zərərçəkmiş qismində Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və müğənni Dəniz Əsədova tanınıb. 

İş hakim Səbinə Məmmədzadənin icraatındadır. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmə tərəfindən ona hüquqları izah olunub. Müəyyən səbəblərdən hazırlıq iclası yarımçıq qalıb. Hakim elan edib ki, iclas yanvarın 25-də davam edəcək. 

Rauf İsfəndiyarovla bağlı ilk şikayətçi müğənni Dəniz Əsədova olub. O, hüquq-mühafizə orqanlarına etdiyi şikayətində göstərib ki, 2017-2018-ci illərdə Rauf İsfəndiyarov onun hissə-hissə olmaqla 600 min manatdan çox pulunu dələduzluq yoluyla ələ keçirib. O, bu barədə mediaya açıqlamasında bunları bildirmişdi: “Mənim şəxsi məsələm var idi, Rauf İsfəndiyarov həmin işi həll etmək adı ilə məndən 627 min manat pul almışdı. Lakin verdiyi vədə əməl etmədi, pulları da öz şəxsi ehtiyaclarına xərclədi. Bu ilin yanvarında polisə şikayət edəndən sonra araşdırma müddətində vurduğu zərərin 100 min manatını polis idarəsində mənə qaytardı. Ancaq yerdə qalan 527 min manatı ödəməkdən imtina etdi. Rauf İsfəndiyarov təklif edirdi ki, məndən aldğı pulun daha bir hissəsini qaytarsın və mən şikayətimi geri götürüm, razılaşmadım”. 

Dəniz Əsədova həmin vaxtlar Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımova və daha bir neçə nəfər barəsində də dələduzluq iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdi.

Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo