Məhkəmə

“Tərtər işi”: Mais Barxudarov və Hikmət Həsənovun da məsuliyyətə cəlb olunması istənilir 

Leyli Cəfərova
14 Mart, 2023
136

Açıq mənbələrdən götürülüb

Tərtər işi

Martın 14-də “Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçunun məhkəməsi başlayıb. 

Toplum TV xəbər verir ki, bu iş Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, hazırlıq iclası Sumqayıt Məhkəmə Kompleksində keçirilib. Cinayət işi hakim Zeynal Ağayevin icraatındadır. O, həm də Bakı Hərbi Məhkəməsinin müvəqqəti sədridir. Hazırlıq iclasında məhkəmə iclaslaslarının hansı səbəbdən Sumqayıt Məhkəmə Kompleksində keçirildiyi açıqlanmayıb. 

Vəkillərdən birinin Toplum TV-yə dediyinə görə, Bakı Hərbi Məhkəməsində iclasların qrafikində sıxlıq olması səbəbindən boş məhkəmə salonu olmamasına görə belə qərar verilib.  
 
Bu iş üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində bir neçə icraatda aparılır. İstintaqlar başa çatdıqca ayrı-ayrı qruplar şəklində məhkəməyə göndərilir. Bakı Hərbi Məhkəməsinə artıq istintaqı başa çatmış üç qrupun işi göndərilib və hakim icraatlarına verilib. Bu gün hazırlıq iclası keçirilənsə dörd nəfərdən ibarət ilk qrupun işi üzrədir. Müttəhimlər kürsüsündə N saylı hərbi hissənin hərbi qulluqçuları Rüstəm Ələsgərov, Ramil Qarayev, Vüsal Ələsgərov, Rəşid Niftəliyev əyləşib. Onlar Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və 128-ci maddələrinin müxtəlif hissələriylə ittiham olunurlar.  

https://toplum.tv/mehkeme/pldquoterter-isirdquo-mina-zerersizlesdiren-aparatlar-insanlarin-bedenine-qosulub-nbspp
 
Vəkillər müvəkillərinin ev dustaqlığına buraxılması və məhkəmə iclaslarının qapalı keçirilməsi ilə bağlı vəsatətlər təqdim ediblər. Vəkil Samir İsayev məhkəmə iclaslarında hərbi hissələrə aid açıqlanacaq məlumatların gizli saxlanması üçün iclasların qapalı keçirilməsini vacib sayıb.  
 
Zərərçəkənlərsə vəsatətlərin təmin olunmamasını istəyiblər. Onlar ictimaiyyətin baş verənlərdən məlumatlanması üçün məhkəmə iclaslarının açıq keçirilməsini istəyiblər.  
 
Zərərçəkmişlərdən də vəsatət təqdim edənlər olub. Məsələn, zərərçəkən Rəfail Emçiyev vəsatətində göstərib ki, təqsirləndirilən şəxslərə verilmiş maddələr ağırlaşdırılmalıdır. Vəsatətdə dəhşətli cinayətlərin təşkilatçılarının kənarda qaldığını da vurğulayıb. Hakimsə bildirib ki, zərərçəkən əslində bu vəsatəti Baş Prokurorluğa da təqdim edib və surətini məhkəməyə gətirib.  
 
Zərərçəkən Elmin Orucov da vəsatət verib ki, dəhşətli işgəncələrin təşkil edildiyi korpusların rəhbərləri də cinayət məsuliyyətinə cəlb olunsun: “Bunlar işgəncə verənlərin çox az hissəsidir. Bu iş üzrə istintaq obyektiv və ətraflı aparılmayıb. Bu işgəncələrin təşkilatçıları azadlıqdadır. Bəkir Orucovu tutublar, ancaq işgəncələrin verildiyi korpusların komandirləri Mais Bərxudarov, Hikmət Həsənov məsuliyyətə cəlb olunmayıb, dindirilməyib, üzləşdirilməyib. Bu cinayət işi tam araşdırılmayıb”.   
 
Sonra dövlət ittihamçısı Orxan Səmədov vəsatətlərə münasibət bildirib. Deyib ki, “Tərtər işi” uzun müddətdir mediada və sosial şəbəkələrdə müzakirəyə səbəb olub və saxlanılası heç bir sirr qalmayıb. Prokuror məhkəmələrin açıq keçirilməsini istəyib.  
 
Hakimlər müşavirəyə gedib. Təxminən 30 dəqiqəlik müşavirədən sonra hakim Zeynal Ağayev vəsatətlərə münasibət bildirib. Məlum olub ki, vəkillərin heç bir vəsatəti təmin edilməyib. Zərərçəkənlərin vəsatətləri isə baxılmamış saxlanılıb. Hakim məhkəmə baxışını martın 28-nə təyin edib. Məhkəmə baxışı Sumqayıt Məhkəmə Kompleksində keçiriləcək.  
 
Xatırlatma    
 
Qeyd olunan hərbi hissələrdəki işgəncələr 2017-ci ilin əsasən may ayını əhatə edir. Həmin vaxt yüzlərlə hərbi qulluqçunun dövlətə xəyanət etməklərini onlara işgəncə verilib. Bu işgəncələrə dözməyərək dünyasını dəyişənlər də olub. Məsələ illərlə ictimailəşdikdən sonra nəhayət, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub.  

https://toplum.tv/mehkeme/pldquomtn-isirdquo-muumlttehim-ittihamlari-redd-edir-nbspp
   
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib. 
 
Hazırda Baş Prokurorluğun İstintaq İdarəsində 2017-ci ilin mayında tabeliklərindəki hərbi qulluqçulara və sıravi əsgərlərə işgəncə verməkdə şübhəli bilinən hərbi hissə rəhbərliklərinin istintaqı davam edir. İstintaqa cəlb olunanların epizodlar üzrə istintaq hərəkətləri və dindirmələri başa çatdıqdan sonra onlar hissə-hissə məhkəməyə verilirlər. 3 ayrı iş üzrə təqsirləndirlən ümumilikdə 9 nəfər də bunlardandır. “Tərtər işi” üzrə zərərçəkmişlərin ümumi sayı 400 nəfərdən çoxdur. Bu 9 nəfərin cinayət işi üzrə məhkəməyə göndərilən üç ayrı-ayrı icraata verilmiş işlərdə 100-dən çox zərərçəkənin adı qeyd olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Olimpiya Kompleksindəki qətl məhkəmədə araşdırılacaq  

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Paytaxtın Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə ittiham olunan 20 yaşlı cüdoçu Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.  https://toplum.tv/mehkeme/pmehkeme-genc-ana-1-yasli-koumlrpesini-zeherleyib-oumllduumlrmekde-teqsirlendirilirnbspp   Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində baş verib. Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.    Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Turan Rüstəmovu qəsdən öldürməsinə əsaslı...
Məhkəmə

Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir 

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Bir yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunan 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş hakim Əli Məmmədovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.   https://toplum.tv/mehkeme/pdeleduzluqda-teqsirlendirilen-vekil-mehkemede-danismaqdan-imtina-etdinbspp   Hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.     Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda...

Seçilmiş Videolar

Toplum TV loqo