Məhkəmə

“Tərtər işi” məhkəməsi: Əmri nazirlərdən, generallardan almışıq  

Esmira Cavadova
24 May, 2023
109

Açıq mənbələrdən götürülüb

Tərtər işi

İki aydır ki, Bakı Hərbi Məhkəməsində iki qrupda “Tərtər işi” üzrə məhkəmə keçirilir. Mayın 23-də isə eyni cinayətlərdə təqsirləndirilən üçüncü qrupun məhkəməsi başlayıb. Bu dəfə məhkəmə qarşısına Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılov çıxarılıb. Bu iş də digər qrupların işini araşdıran eyni hakim heyətinin icraatındadır. 

Maşıyevgil yüzlərlə hərbçiyə işgəncə verməkdə, nəticədə onlardan bir neçəsinin ölümünə səbəb olmaqda ittiham olunur. Yeri gəlmişkən, indiyədək digər iki qrupun keçirilən məhkəməsində zərərçəkənlər tərəfindən Maşıyevin və onunla bərabər məhkəmə qarşısına çıxarılan digərlərinin adları işgəncə epizodlarında çox çəkilib. Bəzi zərərçəkənlər hətta ifadə vermək istəmirdi, bildirirdilər ki, onlara işgəncəni məhz Maşıyevgil verib.  
 
Bu qrup barəsində onu da bildirək ki, Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar haqqında hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il azadlıqdan məhrum edilib. 2020-ci ildə azadlığa buraxılıblar, 44 günlük Vətən müharibəsində iştirak ediblər.  

https://toplum.tv/mehkeme/pldquoterter-isirdquondeki-zererccedilekmisler-is-istintaqa-qaytarilsin-yuumlksek-vezifeliler-hebs-edilsinnbspp
 
30 yaşlı Ruslan Mikayılov ali hərbi təhsillidir, Tərtərdə N saylı hərbi hissədə leytenant rütbəsində xüsusi təyinatlı qrupun komandiri vəzifəsində xidmət edib. Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyev isə gizir olub. 

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat təzələnəndən bir neçə ay sonra – apreldə adları çəkilən 4 nəfər yenidən həbs olunub. Onlar yeni üzə çıxan hallar üzrə məsuliyyətə cəlb ediliblər. Hazırda onlara qarşı 180-dən çox zərərçəkmiş var. Onların bir qismi işgəncə nəticəsində vəfat edən şəxslərin ailə üzvləridir. 
 
Hakim Zeynal Ağayev hazırlıq iclasını açıq elan etdikdən sonra təqsirləndirilən şəxslərdən biri Ruslan Mikayılov vəsatət qaldırıb: “Bu işlə bağlı həqiqətlərin ictimaiyyətə və ölkə başçısına çatdırılması üçün jurnalistlərin prosesdə çəkiliş aparmasına icazə verilməsini, onlara şərait yaradılmasını istəyirəm. Bu işi qərəzli araşdırılıb. Nəticədə zərərçəkənlər o cür bədbəxt eləyiblər, bizi də bu cür... Ölkə başçısı da, ictimaiyyət də bilməlidir ki, orada kimlər olub, bizə kimlər hansı əmrləri verib. Bu işdə hansı nazirlərin, hansı generalların əli var. Ölkə ictimaiyyətində bizim haqqımızda mənfi imic formalaşıb. Xahiş edirəm, media nümayəndələri dəvət olunsun, onlara çəkiliş aparmağa imkan verilsin”.  
 
Zərərçəkənlər bu vəsatəti müdafiə ediblər.  
 
İşgəncə nəticəsində əlil olmuş Bəhruz Novruzovun anası Aygün Novruzovaya deyib: “Bu adamlar əmri icra edənlərdir. Biz əmri verənlərin cəazlandırılmasını tələb edirik. Nazirlər, generallar olubsa, onlar da cəlb olunsun. Bunlar da cinayət törədiblər. Amma onlar niyə məsuliyyətdən kənarda qalmalıdır? Hamısı öz vəzifələrində oturublar bu gün də. Mənim 33 yaşında övladım isə əziyyət çəkir. Zəhmət çəkib övladımı müalicə elətdirsinlər. Mən sağlam oğul göndərmişdim. O vaxt MTN, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq – hamısı bir ağızdan deyirdi ki, casus şəbəkəsi aşkar eləmişik. İndi çıxıb cavab versin". 
 
İşgəncə nəticəsində vəfat edən Təmkin Quliyevin atası Nizami Quliyev: “Mənim oğlumu öldürənlər bunlardırsa, bəs öldürtdürənlər hanı? Mən bunu bilmək istəyirəm...”  
 
Hakimsə bu vəsatəti təmin etməyib. Qərarı belə əsaslandırıb: “Jurnalistlər Tərtər işi üzrə digər qrupların da məhkəmə iclaslarında iştirak edir. Heç bir məhdudiyyət olmadan materiallar hazırlayır, ictimaiyyətə çatdırırlar. Lakin jurnalistlərə audio və video yazıya icazə verilmir. Məhkəmə özü prosesin həm audio, həm də videoyazısını aparır”.   
 
Daha sonra təqsirləndirilən şəxslər və onların vəkilləri bildirib ki, istintaq qərəzli, natamam aparılıb. Onlar işin ibtidai istintaqa qaytarılmasını xahiş ediblər. Sənan Maşıyevin vəkili: “Çox təəssüf ki, bu cinayət işi üzrə istintaq hərtərəfli aparılmayıb. Məsələn, zərərçəkmiş Boris Cəfərova qarşı işgəncə epizodundan məlum olur ki, nəinki keçmiş Qərargah rəisi, hətta indiki Qərargah rəisi Kərim Vəliyev də orada olubmuş”.  
 
Məhkəmədə əlavə şahidlərin dindirilməsi haqda da vəsatətlər qaldırılıb. Dindirilməsi tələb olunan əlavə şahidlər arasında Hərbi Prokuror Xanlar Vəliyev və onun tabeliyində çalışan müstəntiqlər, Tərtər Hərbi Prokuroru və bu qurumun müstəntiqləri, 2017-ci ildə korpus komandiri olan general Hikmət Həsənov, Hərbi Dəniz Qüvvələrinin rəhbəri Zaur Quliyev, sabiq Baş Qərargah rəisi Nəcməddin sadıqov, Müdafiə Nazirliyinin Bakı və Bərdə qarnizonlarının rəisləri, Mərkəzi Hərbi Hospitalın, eləcə də Sarıcalı hospitalının o vaxtkı rəhbərləri də var.  
 
Zərərçəkənlər vəsatəti dəstəkləyib, hakimsə baxılmamış saxlayıb.  
 
Bu iş üzrə məhkəmə baxışı iyunun 7-nə təyin olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"  

Esmira Cavadova
2 İyun 2023
İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndinin sakini İlkin Süleymanovun məhkəməsi davam edib. O, həmkəndlisi olan 10 yaşlı Nərmin Quliyevanı oğurlayaraq 47 gün evində gizlətməkdə, öldürməkdə, cəsədini yandırmaqla təqsirləndirilir. İlkin Süleymanovun məhkəməsi iki ildən çoxdur gedir və bu gün o, son söz deyib.  Məhkəmə iclası başlayan kimi hakim Dadaş İmanov İlkin Süleymanova üzünü tutub və ona son söz deməyi təklif edib. İlkin Süleymanov sözə öz ailəsindən başlamaq istəyib: "Mən bir ziyalı ailəsində doğulmuşam.  Hakim sözünü kəsir: - İlkin Süleymanov, bu şeylərə ehtiyac yoxdur. Qısa danış.  İlkin Süleymanov: "Hörmətli məhkəmə, mən yanan meyiti görüb polisə xəbər verəndə ağlıma...
Məhkəmə

Prokuror attaşeyə 8 illik həbs cəzası tələb edib

Esmira Cavadova
2 İyun 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş 33 yaşlı Nəcib Osmanovun cinayəti işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Nəcib Osmanovun 8 il azadlıqdan məhrum edilməsini və  məhkəmə zalında həbs olunmasını istəyib.  Məhkəmə prosesi iyunun 5-də davam edəcək.   İttihama görə, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti internet üzərindən mərc və qumar oyunlarına yönəldib. Ödəniş tapşırıqlarını səfirə möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib. Sabiq attaşeyə qarşı...

Seçilmiş Videolar

Toplum TV loqo