Məhkəmə

“Tərtər işi” – Sağlamlığını itirənlər, ailəsi dağılanlar...

Esmira Cavadova
30 İyun, 2023
454

Açıq mənbələrdən götürülüb

Məlum olduğu kimi, üç aydan çoxdur ki, Bakı Hərbi Məhkəməsində “Tərtər işi” üzrə təqsirləndirilənlərin məhkəməsi keçirilir. Daha doğrusu, iki qrupun mühakiməsi davam edirdi, bu yaxınlarda üçüncü qrupun da  məhkəməsi başladı. 

Bu dəfə məhkəmə qarşısına Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılov çıxarılıb. Bu iş də digər qrupların işini araşdıran eyni hakim heyəti baxır.

Məhkəmə iclaslarına Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayev sədrlik edir. Bu məhkəmə hər həftənin çərşənbə güləri keçirilir. Prokuror üç məhkəmə iclasında İttiham aktını elan edib, ancaq İttiham aktındakı epizodlar o qədər çoxdur ki, oxuduqca bitmir.  Odur ki, İttiham aktının oxunuşu bayramdan sonrakı günlərə təyin olunmuş məhkəmə iclaslarında da davam edəcək.  
 
Maşıyevgil yüzlərlə hərbçiyə işgəncə verməkdə, nəticədə onlardan bir neçəsinin ölümünə səbəb olmaqda ittiham olunur. Yeri gəlmişkən, indiyədək digər iki qrupun keçirilən məhkəməsində zərərçəkənlər tərəfindən Maşıyevin və onunla bərabər məhkəmə qarşısına çıxarılan digərlərinin adları işgəncə epizodlarında çox çəkilib. Bəzi zərərçəkənlər hətta ifadə vermək istəmirdi, bildirirdilər ki, onlara işgəncəni məhz Maşıyevgil verib.   
 
Bu qrup barəsində onu da bildirək ki, Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar haqqında hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il azadlıqdan məhrum edilib. 2020-ci il oktyabrın 1-də azadlığa buraxılıblar, oktyabrın 2-də həmin vaxt yenicə başlamış müharibəyə göndəriliblər. Qüsursuz xidmətlərinə görə medallarla təltif olunublar. Hətta onlardan biri Ruslan Mikayılov döyüşlərdən birində yaralanıb. Ancaq il yarım əvvəl “Tərtər işi” üzrə istintaq təzələnəndə bu şəxslər yenə həbs olunub. Tutulanların ailə üzvləri onların müharbədə iştiraklarını, təltiflərini önə çəkərək azadlığa buraxılmalarını istəmişdilər. Onlar əsgərlərin bədəninə cərəyan verməkdə, onları günlərlə ac-susuz saxlamaqda, başlarını su ilə dolu çəlləklərə salıb boğmaqda, zorlamaqda təqsirləndirilirlər. İttiham aktında qeyd olunub ki, bu işgəncələrdən həyatını itirənlər də olub. Prokuror İttiham aktını elan etdikcə məhkəmə salonundakı zərərçəkmişlərin əsəbləri tab gətirmir, hətta bəzilərinin halı pisləşir, təcili yardım gəlir. Bu zərərçəkmişlərin çoxu işgəncələrdən sağlamlığını itirib, bir qisminin valideynlərinin ürəyi tab gətirməyib, vəfat ediblər, bir qisminin isə ailəsi dağılıb.  
 
Tərtər cinayətlərinə görə tutulanlar Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar) və başqa maddələrlə ittiham olunurlar. İşlər də eyni hakimin icraatındadır. Vəkillər hesab edirlər ki, ya bu işlər birləşdirilməlidir, ya da ayrı-ayrı icraatda olan eyni işlərə eyni hakim baxa bilməz. Onlar hətta buna görə vəsatətlər də qaldırıblar. Ancaq təmin olunmayıb.   
 
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qubad İbadoğlunun məhkəməsi, gənc fəalların oxşar motivli həbsləri

Esmira Cavadova
22 Sentyabr 2023

Toplum Tv

Toplum TV-də məhkəmə saatı verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik” 

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Qəhrəmanovun məhkəməsi başlayıb. Onun adı 7 ay əvvəl hökümətyönlü xəbər saytlarında “Kərimə dövləti qurmaq istəyən 32 nəfər”dən biri kimi qeyd olunurdu. Bildirilirdi ki, həmin 32 nəfər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar. Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu ad altında həbs olunanların işi məhkəməyə gəldikcə məlum olur ki, onlara qarşı həmin əməllə bağlı yox, satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlamaqla bağlı ittiham verilir. Elə Nahid...

Seçilmiş Videolar

Toplum TV loqo