Məhkəmə

“Tərtər işi” üzrə bəraət almış şəxslərə 361 min manat təzminat ödənəcək  

26 May, 2023
336

Açıq mənbələrdən götürülüb

Tərtər işi

“Tərtər işi” üzrə işgəncələr yoluyla boynuna dövlətə xəyanət cinayəti qoyulmuş və barələrində müxtəlif müddətlərə həbs hökmü çıxarılmış, sonradan bəraət alaraq zərərçəkmiş kimi tanınmış üç keçmiş hərbçiyə təzminat ödəniləcək. 

Toplum TV-nin xəbərinə görə, bu barədə Nəsimi rayon Məhkəməsi qərar verib.  
 
Həmin keçmiş hərbçilər Müşfiq Əhmədli, Zaur Abdullayev və Vəli Xəlilovdur.  
 
Onlar ayrı-ayrılıqda bir neçə ay əvvəl məhkəməyə müraciət ediblər.  
 
Məhkəmə qərar verib ki, Müşfiq Əhmədliyə 66 min (həbsdə olduğu hər aya görə 1000 manat), maddi ziyana görə isə 57 min 486 manat (cəmi 123 min 486 manat),  Zaur Abdullayevə mənəvi ziyana görə 66 min, maddi ziyana görə 52 min manat (cəmi 118 min 879 manat), Vəli Xəlilova mənəvi ziyana görə 66 min, maddi ziyana görə 52 min 649 manat (cəmi 118 min 649 manat)  təzminat ödənilsin.  

https://toplum.tv/mehkeme/pldquoterter-isirdquo-mehkemesi-emri-nazirlerden-generallardan-almisiq-nbspp
 
Bütün iddialarda cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb.  
 
Maliyyə Nazirliyi isə məhkəməyə göndərdiyi izahatda qeyd edib ki, Nazirlik zərər vuran tərəf olmadığına görə təzminatı ödəmək kimi öhdəliyi olmamalıdır və cavabdeh tərəf kimi tanınması düzgün deyil.  Ancaq məhkəmə qurumun mövqeyini əsassız hesab edib.  
 
Kompensasiya kəsilmiş hər üç şəxs Müddətdən artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu (MAXE) olublar. Onlar 2017-ci ildə "Tərtər işi" üzrə həbs olunub, 2022-ci ildə bəraət alıblar. 
 
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Bundan sonra iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 20 ilə qədər azadlıqdan məhrum edilmiş 19 nəfərin işi yenidən araşdırılıb. 
 
Əlavə istintaq zamanı qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar. 
 
Eyni zamanda istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Əvəz Zeynallıya hökm oxundu

26 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı və "Səda TV" yutub kanalının rəhbəri Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Toplum TV xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar məhkəmədən bəraət istəyiblər. Məhkəmə müşavirədən qayıdandan sonra hökm elan edilib. https://toplum.tv/multimedia/pevez-zeynallinin-mehkemesi-edaletli-houmlkm-isteyirikp Hökmə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da Cinayət Məcəlləsinin külli miqdarda rüşvət alma maddəsilə həbs edilib. Daha sonra onun barəsində cinayət işinə yeni maddələr əlavə olunub. Əvəz...
Məhkəmə

Avropa Məhkəməsi hökuməti cərimələdi: 4 müxalifətçiyə təzminat ödəməlidir

22 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevral ayının 22-də Azərbaycandan göndərilmiş 4 ərizə ilə bağlı qərarını elan edib. Toplum TV "aihmaz.org" saytına istinadən xəbər verir ki, Rasim İsaqov və başqa 3 ərizəçi Azərbaycana qarşı işində ərizəçilər – Rasim İsaqov, Əli Abdullayev, Mübariz Abdulkərimov, Rauf Abdurəhmanlı azadlıq və toxunulmazlıq, ifadə azadlığı hüquqlarına müdaxilələrin qanunsuzluğundan, habelə, ədalətli məhkəmə araşdırmasının aparılmamasından şikayət etmişdilər. Ərizəçilərdən Ə.Abdullayev, M.Abdulkərimov və Rauf Abdurəhmanlı həmçinin, Konvensiyanın 18-ci maddəsinin pozuntusunu mübahisələndirmişdilər. https://toplum.tv/mehkeme/pldquoisccedili-masasirdquonin-hebsde-olan-rehberi-hakime-etiraz-edibnbspp Ərizəçilərdən R.İsaqovun işi vərəqələr yayması səbəbindən onun saxlanılması və inzibati qaydada məhkum edilməsi ilə bağlı idi. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan ərizəçi 22 dekabr 2014-cü il...

Seçilmiş Videolar

Toplum TV loqo