“Tərtər işi” üzrə bəraət almış şəxslərə 361 min manat təzminat ödənəcək
Açıq mənbələrdən götürülüb
Tərtər işi
“Tərtər işi” üzrə işgəncələr yoluyla boynuna dövlətə xəyanət cinayəti qoyulmuş və barələrində müxtəlif müddətlərə həbs hökmü çıxarılmış, sonradan bəraət alaraq zərərçəkmiş kimi tanınmış üç keçmiş hərbçiyə təzminat ödəniləcək.
Toplum TV-nin xəbərinə görə, bu barədə Nəsimi rayon Məhkəməsi qərar verib.
Həmin keçmiş hərbçilər Müşfiq Əhmədli, Zaur Abdullayev və Vəli Xəlilovdur.
Onlar ayrı-ayrılıqda bir neçə ay əvvəl məhkəməyə müraciət ediblər.
Məhkəmə qərar verib ki, Müşfiq Əhmədliyə 66 min (həbsdə olduğu hər aya görə 1000 manat), maddi ziyana görə isə 57 min 486 manat (cəmi 123 min 486 manat), Zaur Abdullayevə mənəvi ziyana görə 66 min, maddi ziyana görə 52 min manat (cəmi 118 min 879 manat), Vəli Xəlilova mənəvi ziyana görə 66 min, maddi ziyana görə 52 min 649 manat (cəmi 118 min 649 manat) təzminat ödənilsin.
https://toplum.tv/mehkeme/pldquoterter-isirdquo-mehkemesi-emri-nazirlerden-generallardan-almisiq-nbspp
Bütün iddialarda cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb.
Maliyyə Nazirliyi isə məhkəməyə göndərdiyi izahatda qeyd edib ki, Nazirlik zərər vuran tərəf olmadığına görə təzminatı ödəmək kimi öhdəliyi olmamalıdır və cavabdeh tərəf kimi tanınması düzgün deyil. Ancaq məhkəmə qurumun mövqeyini əsassız hesab edib.
Kompensasiya kəsilmiş hər üç şəxs Müddətdən artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu (MAXE) olublar. Onlar 2017-ci ildə "Tərtər işi" üzrə həbs olunub, 2022-ci ildə bəraət alıblar.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Bundan sonra iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 20 ilə qədər azadlıqdan məhrum edilmiş 19 nəfərin işi yenidən araşdırılıb.
Əlavə istintaq zamanı qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar.
Eyni zamanda istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"
Açıq mənbələrdən götürülüb