Məhkəmə

“Tərtər işi” üzrə məhkəmə: Nəzarətçilər generalın vəkilini döyüb  

Leyli Cəfərova
5 Aprel, 2023
273

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Aprelin 5-də ordu generalı Bəkir Orucovun, digər hərbçilər İntiqam Məmmədovun, Rahim Məmmədovun, Ülvi Rəşidovun (ev dustaqlığında) və Ziya Kazımovun (ev dustaqlığında) məhkəməsinə hazırlıq iclası keçirilib. Onlar tabeliklərindəki hərbçilərə işgəncələr verməkdə təqsirləndirilir. Hər iki “Tərtər işi” üzrə iş materialları Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, həmin məhkəmə binasında geniş zal olmadığına görə məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Hər iki “Tərtər işi” üzrə məhkəməyə Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayev sədrlik edir. İttihamı prokuror Vüsal Mehralıyev müdafiə edir.  
 
Hazırlıq iclası başlayan kimi Bəkir Orucovun vəkili Elvin Rzayev məhkəmə nəzarətçiləri tərəfindən təhqirə və döyülməyə məruz qaldığını dedi, şifahi vəsatət verdi. Vəkil bildirdi ki, bir neçə nəzarətçi onu küçə söyüşləriylə təhqir edərək məhkəmənin girişindən iclas zalının yanındakı otağa qədər sürüyüb: “Otaqda telefonumu əlimdən aldılar, söyməyə davam etdilər və məni vurdular. 25 dəqiqəyə yaxın məni otaqda təhqir altında saxladılar”.  

Hakim soruşub: "Niyə başqa vəkillərə qarşı yox, məhz sizə qarşı bunu etdilər?"  

Vəkil deyib: "Binanın girişində Bəkir Orucovun kürəkəni mənə yaxınlaşıb bildirdi ki, o da məhkəməni izləmək istəyir. Mən nəzarətçilərə bu barədə deyəndə onlar adamla kobud rəftar etdilər, mən də onu müdafiə etdim. Hər şey də bundan sonra baş verdi. İndi mən də şifahi vəsatət təqdim edirəm".  

Hakimin deyilənlərə münasibəti belə olub: "Sən vəkilsən, gəl otur zalda, sənin nə işinə qalıb, o işlər sənin vəzifənə aid deyil axı..."

https://toplum.tv/mehkeme/pquotmtn-isirdquo-moumlvlam-sixeliyev-hebsde-qaldi-nbspp 
 
Bundan sonra hakim təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirməyə başlayıb. Anket məlumatları dəqiqləşdirildikdən sonra vəkillər vəsatətlərlə çıxış ediblər.  
 
İntiqam Məmmədovun vəkili Yavər Rüstəmov məhkəmənin nəzərinə çatdırıb ki, müvvəkili DTX-da saxlanılarkən ibtidai istintaq vaxtı telefon danışıqlarına qadağa qoyulub. Hazırda müvəkkili Bakı İstintaq Təcridxanasına köçürülüb, qadağa isə hələ də davam edir. Hakim bildirib ki, məsələ araşdırılacaq.  
 
Bəhruz Bayramovsa müvəkkili Ziya Kazımovun cinayət işinə xitam verilməsinə dair vəsatət qaldırıb: “Hesab edirik ki, Ziya Kazımova verilmiş ittihamlar əsassızdır və qanunsuzdur. O, snayper  bölüyünün komandiri olub, vəzifəli şəxs olmayıb. Əsgərin işgəncələrdən ölməsi ilə də heç bir əlaqəsi olmayıb”.  

Məhkəmənin qarşısı - Toplum TV


 
Rahib Məmmədovun vəkili Rəna Məmmədova məhkəmədən şüşə qəfəsdəki müttəhimlərin qandallarının açılmasını xahiş edib, xahişə müsbət cavab verilib.  
 
Vəsatətlə bağlı Bəkir Orucovun vəkili Elvin Rzayevə növbə çatanda o, hakimə etiraz edib: “Əgər mən bir vəkil olaraq gəlib bu məhkəmə binasında döyülürəmsə, hakim də buna az qala "yaxşı eləyib döyüblər" kimi münasibət göstərirsə, mən belə hakimə etiraz edirəm".  

Hakimlə vəkil arasındakı dialoqu təqdim edirik. Hakim: - Sənin etirazınla iş bitmir, gərək müvəkkilin də fikrini bildirsin. (Üzünü Bəkir Orucova tutur). Sizin vəkiliniz mənə etiraz edir, qəbul edirsiz?  

Bəkir Orucov: Xeyr, qəbul etmirəm.  

Hakim (vəkilə): Müvəkkiliniz sizinlə razı deyil, mənə etiraz etmir.  

Vəkil (üzünü Bəkir Orucova tutur): Siz məndən imtina edə bilərsiz.  

Bəkir  Orucov: Yox, Sizdən də imtina etmirəm.  
 
Elvin Rzayev Bəkir Orucovun ev dustaqlığına buraxılması üçün vəsatət verib. O, vəsatətini belə əsaslandırıb ki, Bəkir Orucov ibtidai istintaq zamanı qaçıb gizlənməyib, hər dəfə istintaqa çağırılanda vaxtında gedib. Digər əsaslandırması isə Bəkir Orucovun həyat yoldaşının onkoloji xəstə olmasıyla bağlı olub. Vəkil müvəkkilinin vaxtilə göstərdiyi xidmətlərə də toxunub: “O vaxt hakimiyyət qarşısında xidmətləri olub, OMON-çular Baş Prokurorluğa hücum edəndə, o hücumun qarşısını Bəkir Orucov alıb. Naxçıvanda fəxri qarovulun başçısı olub, Heydər Əliyev Naxşıvana gedəndə ulu öndəri  şəxsən o qoruyub. 2016-cı ilin aprelində Lələtəpə əməliyyatına rəhbərlik edib. Bütün bu xidmətlərinə görə müxtəlif illərdə prezident tərəfindən təltif olunub".  
 
Sonra vəsatətlərə münasibət bildirilib.

Sonra vəsatətlərə münasibət bildirilib. Hakim zərərçəkmişlərə də vəsatətlərə münasibət bildirməyi təklif edib. Onlar işgəncələrə məruz qaldıqlarını və 5 ildən çoxdur ordudakı işlərini itirdikləri üçün həm təzminat istəyiblər, həm də işə bərpa olmalarını...  
 
Zərərçkənlər onlar işgəncə verənlər arasında Bəkir Orucovun olmadığını bildiriblər. Onların bəziləri general Mayis Barxudarovun adını çəkib və həmin generalın da müttəhimlər kürsüsündə oturdulmasını istəyib.  
 
Hakimsə bildirib ki, zərərçəkənlər maddi zərərlə bağlı məhkəmənin sonunda mülki iddia qaldıra bilərlər.  
 
Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını xahiş edib.  
 
Hakim müşavirədən qayıtdıqdan sonra qərarı oxuyub. Həmin qərarla qaldırılmış vəsatətlərin heç bir təmin olunmayıb. Mülki iddiayla bağlı zərərçəkənlərin vəsatətləri isə baxılmamış saxlanıb. Məhkəmə baxışı aprelin 13-nə təyin olunub.  
 
Bəkir Orucovun “Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilərək saxlanıldığı bildirilir. 

O, Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"  

Esmira Cavadova
2 İyun 2023
İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndinin sakini İlkin Süleymanovun məhkəməsi davam edib. O, həmkəndlisi olan 10 yaşlı Nərmin Quliyevanı oğurlayaraq 47 gün evində gizlətməkdə, öldürməkdə, cəsədini yandırmaqla təqsirləndirilir. İlkin Süleymanovun məhkəməsi iki ildən çoxdur gedir və bu gün o, son söz deyib.  Məhkəmə iclası başlayan kimi hakim Dadaş İmanov İlkin Süleymanova üzünü tutub və ona son söz deməyi təklif edib. İlkin Süleymanov sözə öz ailəsindən başlamaq istəyib: "Mən bir ziyalı ailəsində doğulmuşam.  Hakim sözünü kəsir: - İlkin Süleymanov, bu şeylərə ehtiyac yoxdur. Qısa danış.  İlkin Süleymanov: "Hörmətli məhkəmə, mən yanan meyiti görüb polisə xəbər verəndə ağlıma...
Məhkəmə

Prokuror attaşeyə 8 illik həbs cəzası tələb edib

Esmira Cavadova
2 İyun 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş 33 yaşlı Nəcib Osmanovun cinayəti işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Nəcib Osmanovun 8 il azadlıqdan məhrum edilməsini və  məhkəmə zalında həbs olunmasını istəyib.  Məhkəmə prosesi iyunun 5-də davam edəcək.   İttihama görə, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti internet üzərindən mərc və qumar oyunlarına yönəldib. Ödəniş tapşırıqlarını səfirə möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib. Sabiq attaşeyə qarşı...

Seçilmiş Videolar

Toplum TV loqo