Lombard işi: Sahibi həbsdə, mühasibi özunu zəhərləyərək intihar edib
Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan lombard sahibi, “Gold Kredit 10” MMC-nin rəhbəri, iş adamı Kazım Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Toplum TV-nin xəbərinə görə, araşdırmalar zamanı lombarddan 39 nəfər şikayətçinin olması, onların ümumilikdə 1,5 kiloqram qızıl-zinyət əşyalarını mənimsədikləri müəyyənləşdirilib. Bu qızılların bazar qiyməti isə təxminən 76 min manatdan çoxdur.
Təqsirləndirilən Kazım Məmmədov ifadəsində vəziyyətin bu yerə çatmasında şirkətin keçmiş mühasibi Nahidə Məmmədovanın günahkar olduğunu bildirib. Onun lombarda qoyulmuş qızıllara görə toplanan 200 min manata yaxın pulu ələ keçirdiyini, lakin əməlləri üzə çıxdıqda intihar etdiyini deyib:
“2013-cü ildə şirkət təsis edərək fəaliyyətə başladıq, maliyyə vəsaitim olmadığı üçün tanışım mənə müxtəlif vaxtlarda və məbləğlərdə pul verirdi. Həmin vaxt Nahidə adlı mühasibimız vardı. O, məndən xəbərsiz girov qoyulmuş qızılların müqabilində götürülən kreditlərin ödənişlərini mənimsəyib. Faktın üstü 2015-ci ilin yayında açıldı, Nahidənin 200 min manat pulu mənimsəməsi məlum oldu. Məbləği ödəyə bilmədiyi üçün mən ödəməli oldum. Nahidənin əməlinin üstü açılandan sonra pul götürdüyüm adamla razılaşdım ki, müştərilərin bir qismi pulu həmin şəxsə ödəsin. Təxminən 400 min manat məbləğində kredit ödənişi müştərilər tərəfindən birbaşa pul götürdüyüm tanışıma ödənildi. 2015-2016-cı ildə isə 400 min manat dəyərində qızılları Azərbaycan Beynəlxalq Bankına girov qoyaraq, o məbləğdə kredit götürüb həmin şəxsə olan borcumu ödəyib bitirdim. Bundan sonra isə müştərilərin kredit ödənişləri ilə banka olan borcumu ödəməyə başladım”.
K.Məmmədovun sözlərinə görə, borcları qaytara bilməyən mühasibi 2016-ci ilin martında intihar edib.
“Nahidə vergi və DSMF ödənişlərini də etmədiyindən maddi sıxıntılarım daha da artdı, bu səbəbdən də Nahidə intihar edəndən sonra şirkətin fəaliyyətini dayandırıb yeni MMC kimi fəaliyyətə başladım”.
Kazım Məmmədov qeyd edib ki, yeni şirkəti bankdan çəkdiyi kredit hesabına fəaliyyət göstərib. Lakin daha sonra müştərilər azaldığı, eləcə də kreditləri vaxtında ödəyə bilmədiyi üçün vəziyyəti pisləşib. O, Beynəlxalq Bankda lombard kreditləşməsi dayandıqdan sonra qızılları başqa kredit şirkətinin balansına keçirib pul götürdüyünü və həmin pullarla qızıl sahiblərinin böyük hissəsinə olan borcunu ödədiyini bildirib.
İstintaq müddətində şikayətçi olan şəxslərin bir neçəsi də qızılları qaytarıldığı üçün şikayətlərini geri götürüb.
K.Məmmədov daha ödənişləri edə bilmədiyini, imkanı daxilində yerdə qalan şəxslərə də ödəniş etmək niyyətində olduğunu deyib.
Məhkəmənin hökmünə əsasən, Kazım Məmmədov 5 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
K.Məmmədovun sahibi olduğu şirkətin mühasibi 45 yaşlı Nahidə Məmmədova 2016-cı il martın 8-də Gəncədə anasının məzarı üstündə zəhər içərək intihar edib. Mərhumun 4 uşağı qalıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?