Məhkəmə

Məhkəmə: “Müsəlman Birliyi” Hərəkatının üzvü şərləndiyini deyir

Leyli Cəfərova
6 Yanvar, 2023
242

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi”  Hərəkatının daha bir üzvü Mahir Əzimovun məhkəməsi davam edib. Məhkəmə iclasına hakim Cavid Hüseynov sədrlik edir.

Hakim bildirib ki, şahid dindirmələri başa çatıb və sənədlərin tədqiqinə keçmək olar. Mahir Əzimovun vəkili Zibeydə Sadıqova onun barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsiylə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. Vəkil bildirib ki, məhkəmə cəmi iki şahid dindirib, ikisi də polis əməkdaşı olub, bu isə işin hərtərəfli araşdırılması və ədalətli qərar verilməsi üçün kifayət etmir. “Burda şahidlər vətəndaşı tutub, ittiham verənlər olub”, deyən vəkil əlavə şahid olaraq polis təhqiqatçısının dindirilməsini istəyib. Prokuror buna ehtiyac görməyib, hakim də vəsatəti təmin etməyib.

https://toplum.tv/mehkeme/pdoumlvlete-xeyanet-ittihamiyla-daha-bir-mehkeme-baslayirnbspp

Mahir Əzimov ötən ilin iyulunda Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (Satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmə) maddəsiylə ittiham irəli sürülüb.  Bu iş üzrə 4 məhkəmə iclası keçirilib. İki şahid dindirilib, hər ikisi Mahir Əzimovun saxlanılmasında iştirak etmiş polis əməkdaşları olub.

Mahir Əzimov məhkəmə ifadəsində göstərib ki, narkotiklə şərlənib. Həbsinin əsl səıbəbi isə sosial şəbəkələrdə şəhid ailələrinin incidilməsiylə bağlı yazdığı postlar olub: “Məni tutub polis şöbəsinə aparanda sosial şəbəkələrdə yazdıqlarımla bağlı sorğulayıblar. Narkotik adı çəkilməyib, bu barədə mənə bircə sual da verilməyib. Ancaq həbsimi sənədləşdirəndə mənə məlum oldu ki, guya satmaq üçün naməlum mənbədən narkotik əldə etmişəm”.

Mahir Əzimov məhkəmə ifadəsində onu da deyib ki, hələ polis bölməsində saxlanılarkən tanımadığı şəxsi ona vəkil kimi təqdim ediblər. Həmin şəxs ona lahmacun və pepsi gətirib: “Pepsini içəndən sonra özümü pis hiss etməyə başladım, məndə yuxu pozğunluğu yarandı. Polislər mənə psixoloji təzyiqlər göstərdi, nəticədə qarşıma qoyduqları kağızları imzalamağa məcbur oldum. Ancaq məndən soruşan olmadı ki, narkotiki hardan, kimdən, necə əldə etmisən. Çünki qondarma ittiham idi, şər idi”, - bunları da Mahir Əzimov bir müddət əvvəl məhkəmədə ifadə verərkən demişdi.

Mahir Əzimov saxlanılarkən barəsində həbslə əlaqəsi olmayan qətimkan tədbiri seçilsə də, cəmi 4 gün azadlıqda qalıb. Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişib və barəsində həbs-qətimkan tədbiri seçib.

Növbəti məhkəmə iclası yanvarın 27-nə təyin edilib. Həmin gün məhkəmə sənədləri tədqiq edəcək. Bu ittihama görə təqsirləndirilən şəxsi 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Yanvarın 4-də “Müsəlman Birliyi” Hərəkatının daha bir üzvü Türkiyənin Afyonkarahisar şəhərində saxlanılıb. Bu barədə Toplum Tv-yə məlumat verən Hərəkatın mətbuat katibi Əbülfəz Bünyadov bildirib ki, yanvarın 3-də axşam bir qadın İmrana zəng edərək sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini kəskin tənqid edən yazının ona aid olub-olmadığını soruşub. İmran yazını özünün yazdığını təsdiqləyib, səhər evdən çıxarkən onu saxlayıb, əl-qolunu qandallayıblar. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Olimpiya Kompleksindəki qətl məhkəmədə araşdırılacaq  

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Paytaxtın Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə ittiham olunan 20 yaşlı cüdoçu Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.  https://toplum.tv/mehkeme/pmehkeme-genc-ana-1-yasli-koumlrpesini-zeherleyib-oumllduumlrmekde-teqsirlendirilirnbspp   Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində baş verib. Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.    Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Turan Rüstəmovu qəsdən öldürməsinə əsaslı...
Məhkəmə

Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir 

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Bir yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunan 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş hakim Əli Məmmədovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.   https://toplum.tv/mehkeme/pdeleduzluqda-teqsirlendirilen-vekil-mehkemede-danismaqdan-imtina-etdinbspp   Hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.     Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda...

Seçilmiş Videolar

Toplum TV loqo