Açıq mənbələrdən götürülüb
Məhkəmə
Saatlı Peşə Liseyinin keçmiş direktoru Elxan Əzizəliyev 79 min manatlıq mənimsəmədə təqsirləndirilir.
Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əvvəlcə liseyin baş mühasibi İdayət Rüstəmov həbs edilib. Onun ifadəsi əsasında az sonra direktor da həbsə alınıb.
İttiham aktında göstərilib ki, direktorla baş mühasib əlbir olaraq uzun müddət liseyi talayıb. Epizodlardan biri ayrı-ayrı şəxslərin adlarına bank kartlarının açılmasıyla bağlıdır. Mühasib deyib ki, müxtəlif adamların adına açılmış kartlara müxtəlif məbləğlərdə pullar köçürülüb və mənimsənilib. Həmçinin müəssisənin balansında olan avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması üçün də saxta əməliyyatlar edib. Nəticədə azı 79 min manat dövlət vəsaiti mənimsənilib.
https://toplum.tv/mehkeme/pavropa-ittifaqinin-baki-ofisinin-keccedilmis-isccedilisi-mehkeme-qarsisindadirp
İttihamlar bununla bitmir. İstintaqın qənaətinə görə, baş mühasib İdayət Rüstəmov liseyə işə düzəltmək adıyla 6 nəfərdən cəmi 8 min manat alıb və mənimsəyib.
Elxan Əzizəliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 314.1-ci (səhlənkarlıq), İdayət Rüstəmova isə həmin Məcəllənin 178.2.2, 178.2.3 (təkrarən və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4, 312.2 (vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etmə) və digər maddələri ilə yekun ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür