Məhkəmə: Saxta müqavilələr, maliyyə arayışları, təkrar satılan mənzillər
Açıq mənbələrdən götürülüb
Məhkəmə
“Sahil-S İnşaat” MTK-nın sədri Taley Alaverdiyevin, “GG Company” MMC-nin direktoru Pənah Kərimovun, V“Star-M” MTK və “ŞANS” MTK-nın sahibi Məhərrəm Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu işlər məhkəmə baxışına göndərilib.
Sahibkarlar Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq. Taley Alaverdiyevlə Pənah Kərimov eyni müttəhimlər kürsüsünü bölüşəcək. Şirkət sahibləri əlbirlikdə təqsirləndirilir.
V“Star-M” MTK və “ŞANS” MTK-nın sahibi Məhərrəm Məhərrəmovun işisə başqa icraatdadır.
İttiham aktında göstərilib ki, “Sahil-S” İnşaat Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə çoxsaylı müraciətlər daxil olub.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə Taley Alaverdiyevin Pənah Kərimov ilə əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət edən vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları verdikləri müəyyənləşdirilib. Bununla da, onların vəzifə saxtakarlığına yol verərək çox sayda şəxsin külli miqdarda pul vəsaitlərini ələ keçirdikləri bildirilir.
Taley Alaverdiyev və Pənah Kərimova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Məhərrəm Məhərrəmova gəlincə, verilmiş ittihama görə o, 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında 17 mənzili saxta müqavilə və maliyyə arayışlarıyla 36 nəfərə satıb. Satılması qanunvericiliklə qadağan edilən 7 qeyri-yaşayış sahəsinin mənzil qismində eyni üsulla 14 nəfərə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir
Açıq mənbələrdən götürülüb