Məhkəmə

Məhkəmədə ittiham olunan şəxs: Məmurun mənə 4 milyon manat borcu var

Esmira Cavadova
27 Sentyabr, 2023
271

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb edən Vahid Xələfovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Hikmət Xəlilov ifadə verib. 

O ifadəsində deyib ki, təqsirləndirilən Vahid Xələfovu 2006-cı ildən tanıyır:

"Polkovnik dostum bizi tanış etdi. O, dedi ki, qonşum işləmək istəyir, ona kömək edim. Mən də onu SOCAR-da Sosial şöbəsində olan tanıdığımla tanış etdim. Dedim baxın, işindən razı qalsaz, buna da iş verin". 

https://toplum.tv/mehkeme/pprokuror-sabiq-icra-basccedilisina-13-illik-hebs-cezasi-teleb-edibnbspp

Zərərçəkmiş ona 3 sifariş verdiyini bildirib:

"Əvvəl atamın evini, daha sonra oğlumun evini sifariş etdim. Sonradan qardaşım oğlunun evini də sifariş etdim. Bütün bunların pulun ödəmişəm."

H.Xəlilov ifadəsində 2015-ci ildən təqsirləndirilən şəxsin ondan pul tələb etdiyini deyib:

"Bir gün zəng elədi ki, gəl görüşək. Sənin mənə borcun var. Daha sonra məktub gəldi ki, mənim ona 1 milyon borcum var. Mənim işlərimi görmək üçün kredit götürüb ödəyə bilmir".

Sonradan təqsirləndirilən şəxslə görüşdüyünü qeyd edib:

"Görüşəndə mənimlə çox aqressiv danışırdı. Üstümə bıçaq çıxardı və borcu olan pulu ödəməyimi istədi. Sonradan mənim haqqımda Prezidentə məktub yazıb. Mənim araşdırılmağımı istəyib. Onlar da yoxladı gördülər təmizəm". 

Hikmət Xəlilov təqsirləndirilən Vahid Xələfovun 2016-cı ildə onun bağ evinə hücum etdiyini deyib:

"Bir axşam bağ evimdə mühafizə zəng etdi ki, evə hücum ediblər. Bütün hadisələrin video görüntüsünü polisə verdim. Daha sonra mənə zənglər etməyə, SMS-lər göndərməyə başladı. Mənə hədə qorxu gəlirdi. Deyirdi ki, əlimdə sənədlərin var. Mən də dedim ki, sənəd var, hara istəyirsən apar ver". 

Zərərçəkmiş Vahid Xələfovun iki dəfə onun maşının qabağını kəsdiyi bildirib:

"Keçən il maşınımın qabağını kəsdi. Başladı dalaşmağa. Dedi ki, 250 min ver borcunu bağlayım. Bu ilin aprelin 6-da yoldaşımla maşında gedəndə qabağımızı kəsdi. Əlində dəmir vardı. Düşdü maşından bizə tərəf gəldi. Sonradan belində tapança çıxardı. Qışqırırdı ki, düş maşından 1 milyon manat olan borcumu ver. Yoldaşım qışqıranda oyandım. Qaza basıb getdim".

Təqsirləndirilən şəxs Vahid Xələləfov zərərçəkmiş Hikmət Xəlilova cavab olaraq onun 3 yox, 12 sifarişini icra etdiyini deyib. 

Daha sonra hakim Azad Məcidov təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi sənədlər içində Hikmət Xəlilovun ona 4 milyon manat və 324 min dollar borcu olduğunu qeyd edib. 

Növbəti məhkəmə iclası oktyabrın 25-nə təyin edilib. 

Qeyd edək ki, Vahid Xəlilov Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb etdiyi üçün barəsində Cinayət Məcəlləsinin 182.4-cü və 322-ci maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə tələb olunan pul 4 milyon 600 min manatdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr 2023

AzərTac

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub. Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. ​​​​​*** 15:53 Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir.  Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. ...
Məhkəmə

Söyüdlü sakininin məhkəməsi: “Plakatları hazırladığım üçün narkotiklə şərlədilər” 

Esmira Cavadova
7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəyin Söyüdlü kənd sakini olan Coşğun Musayevin məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edir. Coşğun Musayev narkotikə görə ittiham olunsa da, o, həbsinin birbaşa Söyüdlü hadisələriylə əlaqəli olduğunu deyir.  Xatırlatma  Bu il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20...

Seçilmiş Videolar

Toplum TV loqo