Məhkəmə

Məhkəmədə keçmiş MTN polkovniki: “Bu üzdəniraqlar...”

Leyli Cəfərova
21 Fevral, 2023
182

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş general-mayor Mövlam Şıxəliyevin apellyasiya şikayəti üzrə proses davam edir.

Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq İdarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov da çıxarılıb.

“Qudurmusan haa, Sahib”

Sonuncu məhkəmə iclasında Sahib Ələkbərov zərərçəkmişləri təhqir edib. Belə ki, iclas başlayanda katib iclasın audio-video çəkilişinin texniki səbəblərdən dayandığını elan edib. Bu, təqsirləndirilən şəxslərdən biri Sahib Ələkbərovu qəzəbləndirib. O, audio-video çəkilişin bərpa olunmasını tələb edib.

Sahib Ələkbərov: “Mən iclasın çəkilişlə, səs-yazısıyla aparılmasını tələb edirəm. Bakı Hərbi Məhkəməsində keçirilən iclaslarda təqdim etdiyim sənədləri-sübutları  protokola salmadılar. İclas audio-video yazıyla aparılmadığı üçün heç nə sübut edə bilmədim. Hər şey çəkilsin, yazılsın ki, sonra da bu üzdəniraq zərərçəkmişlərin nümayəndələri gedib beynəlxalq aləmə çıxıb şou göstərə bilməsinlər”.

Zərərçəkmiş Qulam Bağırov: “Hörmətli hakim, bu adam bizi təhqir edir, belə məhkəmə olar?” Təqsirləndirilən şəxsə tərəf dönür: “Üzdəniraq özünsən”.

Təqsirləndirilən şəxsin məhkəmə zalındakı qohumları: “Ad çəkmədi ki... Niyə özünə götürürsən?”

Qulam Bağırov: “Nə olsun ki, ad çəkmədi. “Zərərçəkmişlər” dedi də, mən də zərərçəkmişəm”. Yenə üzünü təqsirləndirilən şəxsə tərəf tutur: “Hə, üzdəniraq özünsən, xoşuna gəldi? Mənim hansı üzdəniraq hərəkətimi görmüsən? Hələ dayan, mən sənə burda danışdığın bütün yalanlarını sübut edəcəm”.

Sahib Ələkbərov: “Mən burada gördüm ki...”

Digər zərərçəkənlər: “Nə gördün? Sən qudurmusan haa, Sahib. Özünə yığış...”

Hakim çəkici masanın üzərinə bir neçə dəfə çırparaq tərəfləri sakitləşdirməyə çalışıb: “Dayanın! Hər ikinizi xəbərdar edirəm, sədrlik edənin icazəsi olmadan yerdən danışmayın”.

Hakimin amiranə səsi məhkəmə salonuna sanki su səpdi. Sahib Ələkbərov həm məhkəmədən, həm də zalda əyləşənlərdən üzr istədi. 

https://toplum.tv/mehkeme/pirana-casusluqda-ittiham-edilen-dindar-quru-acliga-keccedilibp

“Aldıqlarını qaytarsınlar, getsinlər evlərinə”

Tərəflər sakitləşəndən sonra audio-video çəkilişlə bağlı problem aradan qaldırıldı. Bundan sonra Sahib Ələkbərovun vəkili Vüsal Məmmədov çıxış edərək müvəkkilinə qarşı ittihamların absurd olduğunu deyib. Dəlillərlə bağlı fikirlərini yazılı şəkildə məhkəməyə təqdim edəcəyini bildirib.

Sonra hakim çıxış üçün sözü təqsirləndirilən şəxs Vüsal Ələkbərova verib. Vüsal Ələkbərov həbsini və Bakı Hərbi Məhkəməsinin onun barəsində çıxardığı hökmü ədalətsiz, qərəzli adlandırıb.

Sonra digər müttəhim Yasin Məmmədovun vəkili vəsətətlə çıxış edərək müvəkkilinin barəsindəki həbs cəzasının şərti cəzayla əvəz olunmasını xahiş edib. O, vəsatətində müvəkkilinin panik atakdan əziyyət çəkdiyini əsas gətirib.

Zərərçəkənlərin bu vəsatətlərə münasibəti belə olub: “Buyursunlar, bizdən aldıqlarını qaytarsınlar, gedib otursunlar evlərində...”

“Vəkilə verdiyi yarım milyonu hardan qazanıb?”

İclasın sonunda zərərçəkən Zaur Əliyev maraqlı vəsatətlə məhkəmətə müraciət edib: “Fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Mövlam Şıxəliyevin vəkili Arzu Cavadovun vasitəsiylə vəkil Elçin Qəmbərova 510 min manat rüşvət verilməsi faktı üzrə məhkəmə başlayacaq. Xahiş edirəm ki, araşdırılsın, quru maaşa işləyən Mövlam Şıxəliyev yarım milyon manatı hardan əldə edib vəkilə göndərmişdi? Həmin məhkəmədən həmin ittiham aktını alıb, işə əlavə etməyinizi istəyirəm”.   

Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov: “Sən savadlı hüquqşünaşsan, heç nə danışdığını bilirsən?”

Hakim zərərçəkmişə: “Vəkiliniz Osman Kazımov alsın, təqdim etsin, işə əlavə edək”.

Sonra daha bir neçə zərərçəkmiş də danışaraq apellyasiya şikayətlərini müdafiə ediblər. Hakim növbəti məhkəmə iclasını fevralın 27-nə təyin edib.

Tarixçə 

Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm sentyabrın 21-də, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb. Onun tabeliyində işləmiş hər 3 polkovnikə də uzunmüddətli həbs cəzaları kəsilib.

Keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan hər 3 polkovnik hökm elan olunanda məhkəmə zalında həbs olunublar. Hökmdə sabiq MTN-çilərin əmlaklarının müsadirəsi məsələsi də yer alıb. Mövlam Şıxəliyevin özü və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına 7 milyon manatdan çox dəyəri olan əmlaklar müsadirə olunub. Onların arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Maraqlıdır ki, Mövlam Şıxəliyevlə bərabər onun ailə üzvləri də hökmdən apelyasiya şikayəti veriblər. Onlar müsadirə olunan əmlakları geri tələb edirlər. İddia edirlər ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunmayıb. Şıxəliyevin ailə üzvləri çoxsaylı əmlakların onlara yaxın qohumları tərəfindən bağışlandığını qeyd etməklə geri almaq niyyətlərini apelyasiya şikayətlərində qeyd ediblər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Olimpiya Kompleksindəki qətl məhkəmədə araşdırılacaq  

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Paytaxtın Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə ittiham olunan 20 yaşlı cüdoçu Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.  https://toplum.tv/mehkeme/pmehkeme-genc-ana-1-yasli-koumlrpesini-zeherleyib-oumllduumlrmekde-teqsirlendirilirnbspp   Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində baş verib. Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.    Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Turan Rüstəmovu qəsdən öldürməsinə əsaslı...
Məhkəmə

Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir 

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Bir yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunan 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş hakim Əli Məmmədovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.   https://toplum.tv/mehkeme/pdeleduzluqda-teqsirlendirilen-vekil-mehkemede-danismaqdan-imtina-etdinbspp   Hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.     Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda...

Seçilmiş Videolar

Toplum TV loqo