Məhkəmə

Məhkəməsi keçirilən polkovnik: Nəcməddin Sadıkova 20 milyon manat çatdırmışam

Esmira Cavadova
16 Sentyabr, 2023
167

Açıq mənbələrdən götürülüb

Nəcməddin Sadıkov

“Mən onun tapşırıqlarını icra edirdim. Alınan pulları birbaşa şəxsən özüm xidməti otağında Nəcməddin Sadıqova vermişəm. Kimə nə qədər pul verilməli olduğunu o müəyyən edib. Düzdür, şirkətlərlə bütün danışıqları mən aparmışam. Bizə qayıdacaq məbləğin və ya pul üzrə faizin dərəcəsi, hansı şirkətlə işin görülüməsini də sabiq Baş Qərargah rəisi müəyyən edirdi. Sadəcə mən işlərin icrasını həyata keçirmişəm”.

Bunu sentyabrın 15-də məhkəməsi keçirilən ehtiyatda olan polkovnik Məlikməmməd Qurbanov deyib. 

Məlum olduğu kimi, Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdəki keçmiş rəisi Məlikməmməd Qurbanovun məhkəməsi başlayıb. Onu DTX həbs edib. İttihama görə, o, 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışarkən Silahlı Qüvvələrinin kerçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun tapşırığıyla Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və digərləri ilə əlbir olaraq milyonlarla manatdan çox mənimsəyib. Məlikməmməd Qurbanova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi külli miqdarda mənimsəmə) maddəsi irəli sürülüb. 

Prokuror ittiham aktını elan edib. İttihama görə, bu mənimsəmə faktları Müdafiə Nazirliyi tərəfindən alınan ərzaq və təchizatlarla bağlı olub. Alınanlar dəyərindən artıq qiymətə qeyd edilib və artıq qeyd edilən məbləğ mənimsənilib. 

Məlikməmməd Qurbanovsa özünü qismən təqsirli bilib, qeyd edib ki, dəymiş zərəri dövlət büdcəsinə ödəyib. Sualları cavablandırarkən isə deyib ki, ərzaq mallarıyla bağlı müxtəlif adda şirkətlərlə çalışıblar. Ancaq bu şirkətlərin hamısı bir əldə cəmlənib. Məhkəmə ondan həmin “əl” ilə bağlı soruşub. O isə ad çəkmək istəmədiyini deyib. Bircə onu bildirib ki, bu işləri həmin vəzifəli şəxsin adından Aftandil Abdıyev görüb: “Mən onunla işləyirdim. Başqa heç nə deyə bilmərəm. Hər şey rəhbərliyin nəzrətindəydi. Bəli, alınan malların qiyməti süni şəkildə artırılırdı. Ödənilən pullar da sonradan nağdılaşdırılaraq özümüzə qaytarılırdı”. 

Təqsirləndirilən şəxs vurğulayıb ki, 5 il ərzində eyni qaydayla 20 milyon manat geri qaytarılıb. Aftandil Abdıyev həmin pulları hissə-hissə ona, o isə keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkova çatdırıb. Bu məbləğdən 1 milyon 200 min manat rəhbərliyin tapşırığıyla nazir müavini Fuad Məmmədova, 800 min manatı isə  Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədova verib. (Fuad Məmmədov dünyasını dəyişib, Nizami Məmmədovsa həbsdədir, Bakı Hərbi Məhkəməsində onun da məhkəməsi başlayıb, başqa hakimin icraatındadır – red). 20 milyon manatdan ona cəmi 400 min manat verilib. Həmin pulu idarənin xərclərinə və öz şəxsi xərclərinə sərf edib. 

Polkovnik abadlıq işləriylə bağlı xərclərin şişirdilməsindən və pulların mənimsənilməsindən də danışıb. Bildirib ki, avtomobillərin ehtiyat hissələri ilə bağlı əməkdşalıq etdikləri şirkətlərlən hissələr alınarkən  qiymətləndirilmə zamanı qiymətlər süni şişirdilib. Ödənilən artıq pullar sonradan nağd şəkildə ona qaytarılıb. O isə pulları rəhbərliyə təhvil verilib. Məlikməmməd Qurbanov bütün bu işlərə görə ona ümumilikdə 542 min 400 manat verildiyini deyib. Həbs olunandan sonra istintaqın gedişatında həmin məbləği dövlət büdcəsinə qaytardığını söyləyib. 

Məhkəmə iclası şahid ifadələriylə davam edir. 

Bu iş üzrə istintaqa DTX-nın istintaq idarəsi aparıb. Məlikməmməd Qurbanov  Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi külli miqdarda mənimsəmə) maddəsiylə təqsirləndirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik” 

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Qəhrəmanovun məhkəməsi başlayıb. Onun adı 7 ay əvvəl hökümətyönlü xəbər saytlarında “Kərimə dövləti qurmaq istəyən 32 nəfər”dən biri kimi qeyd olunurdu. Bildirilirdi ki, həmin 32 nəfər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar. Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu ad altında həbs olunanların işi məhkəməyə gəldikcə məlum olur ki, onlara qarşı həmin əməllə bağlı yox, satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlamaqla bağlı ittiham verilir. Elə Nahid...
Məhkəmə

İrana casusluqda ittiham olunan şəxslərin istintaq işi yekunlaşıb

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

İranda yaşayan və bu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunan Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Toplum-un xəbərinə görə, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim hakim Şəlalə Həsənovanın icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib. Qeyd edək ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə...

Seçilmiş Videolar

Toplum TV loqo